Elyava bazarının əməkdaşlarının bir hissəsi bazarın başqa yerə köçürülməsinə qarşıdır

news3

Elyava bazarının əməkdaşlarının bir hissəsi bazarın başqa yerə köçürülməsinə qarşıdır. Elyava bazarının məsələsi Texniki Universitetdə baş tutan görüşdə səs-küyə səbəb olub. Görüşdə paytaxtın meri Davit Narmania və Tbilisi torpaq istifadəsinin əsas planı üzərində çalışan qrup, professor-müəllimləri hazırlanmış konsepsiya ilə tanış ediblər.

Jurnalistlərlə söhbəti zamanı Elyava bazarının sahibkarlarından biri, Tea Andridze bildirib ki, ərazinin yenidənqurması və gözəlləşdirilməsi olmalıdır.

Onun sözlərinə görə, layihə var, amma müvafiq xidmətlər onu müzakirə etməyib.

Andridze ərazidə işlə təmin olunanların marağını diqqətə çatdırıb.

Bununla yanaşı, Elyava bazarında iki mağazanın sahibinin, Mamuka Kapanadzenin dediyinə görə, bazarın köçürülməsi problem yaradacaq. O, bildirib ki, ərazidə işlə təmin olunmuş vətəndaşların kriteriyaları var. O, qeyd edib ki, bazarın köçürülməsinə “hamı qarşıdır”.

Mənbə: http://www.interpressnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register