Salvador Dalinin meyitini DNM əldə etmək üçün qəbirdən çıxarıblar

news

İspaniyada məhkəmə eksperti tanınmış rəssam, Salvador Dalinin meyitini onun DNM-nı əldə etmək üçün qəbirdən çıxartdırıb. DNM-ı əldə etmək atalıqla bağlı mübahisəni həll etmək üçün lazım olub.

Salvador Dalinin cəsədinin ekshimasiyası məhkəmə orderinin verilməsindən sonra mümkün olub. 61 yaşlı Maria Pilar Abel Martines mübahisə edir ki, anasının rəssamla sevgi münasibəti olub. Əgər təsdiqlənsə ki, Salvador Dali həqiqətən də onun atasıdır, rəssamın hal-hazırda İspaniya dövlətinə məxsus olan mülkü ona veriləcək. İndiyə kimi bilinirdi ki, Salvador Dalinin övladı yoxdur.

DNM üçün lazım olan nümunəni rəssamın dişindən, sümüklərindən və dırnaqlarından 4 saat ərzində götürüblər.

BBC-nin yazdığına görə, nəticələrin müəyyənləşdirilməsi üçün ola bilsin həftələr lazım olacaq.

Sürrealist rəssam, Salvador Dali 1989-cu ildə, 85 yaşında dünyasını dəyişib və Fiqeras şəhərində dəfn olunub. Orada onun yaşam və əl işlərinə həsr olunmuş muzey var.

 

Mənbə: Netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register