Marneuli bazarı – tez xarab olan məhsulların saxlanılma qaydaları

2

Yayın isti günlərinin gəlməsi ilə bərabər məhsullar tez xarab olur, xüsusilə bazar piştaxtalarına çıxarılanlar. Biz bu mövzu ilə bağlı süjet hazırlamağı qərara aldıq və bir neçə satıcı ilə müsahibə aparmağa çalışdıq. Bir çoxu imtina etdi, bununla belə bazar piştaxtalarında ət məhsullarının soyuducusuz şəraitdə düzülməsi nəzərə çarpırdı. Bir neçə satıcının dediyinə görə, bu məhsullar əhalinin sağlamlığına heç bir təhlükə yaratmır.

“Yaxşı şokoladdır, isti deyil, ümumiyyətlə əladır. Problem yoxdur. Çox dadlıdır, çox yaxşıdır. Tamamilə cavabdehəm, problem yoxdur. Soyuducu lazım deyil, kondisioner var, soyuducu nəyə lazımdır”.

“Təzə banandır, gördüyünüz kimi baş hissələri də yaşıldır, bu həqiqətən də xarab olmaz və təhlükəli deyil. Bu gün mütləq satmalıyam. Əgər banan yaşıldırsa, deməli təzədir. Sonrakı gün də xarab olmayacaq”.

Biz, həmçinin əhalinin bazardakı tez xarab olan məhsullarla bağlı nə fikirləşdikləri ilə də maraqlandıq və sorğu apardıq.

“Dəfələrlə eşitmişəm ki, məhsul köhnədir. Biz özümüz də çəkinirik, balıq, toyuq elə düzülüb ki, nə üstü örtülüb, рədiyyə də versələr götürmərəm. İçəridə təmmizdir, görünür sığortalanıblar. Çöldə satılanlar isə dəhşətdir”.

“Bəli eşitmişəm, ancaq mən yayda şokolad almıram. Çünki günəş altında saxlanır və xarab olur. Özümə rast gəlməyib, lakin eşitmişəm”.

“Hərdən olur. Bəzən saxlama müddəti keçmiş olur, bəzən heç fikir də vermirik”.

Məhsulun yoxlanılması və onun xarab olub-olmaması kimin səlahiyyətindədir, bu barədə Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin proqram koordinatoru Vaxtanq Kobaladze danışdı.

“Yəqin hamıya da məlumdur ki, tez xarab olan məhsulları günəş altında saxlamaq olmaz, xüsusən də küçədə tənzimlənə bilməyən ticarət problemlidir. Gigiyena normaları müvafiq qaydada qorunmalıdır. Hər bir məhsulun öz saxlanma qaydası, temperatur rejimi var, bunlara riayət olunmalıdır. Bunlar ümumi qəydalardır. Konkret məhsul xarab olub ya yox, bunu başa düşmək üçün baxmaq lazımdır hansı məhsuldur. Misal üçünbizim momxmarebeli.ge saytında istifadəçilər üçün məhsulu necə seçməklə bağlı məsləhətlər var və istənilən adam baxa bilər və məhsul aldıqda bundan faydalana bilər. bundan başqa məhsulların müxtəlif cür çirkliliyi var ki nəzərə çarpmır. Bunun üçün isə laboratoriya yoxlaması lazımdır. İstifadəçi özü bunu edə bilmir, lakin biz məhz bununla məşğuluq. İstifadəçi bizə müraciət edə bilər və biz imkan daxilində həmin şübhəli məhsulu yoxlayırıq. Həmçinin Milli Ərzaq Agentliyinə də müraciət edə bilərlər”.

O, bizimlə söhbətində Milli Ərzaq Agentliyinin səlahiyyətini aşan və yerli bələdiyyənin müstəsna hüququ olan bazardan kənar satışları problemli məsələ adlandırdı. Lakin Marneuli bazarını əsas götürdükdə tez xarab olan məhsulların saxlanılma şəraitinin mənası yoxdur, çünki bazarın içərisi və kənarı bir-birindən heç nə ilə fərqlənmir.

Radio Marneuli

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register