Dövlət nümayəndələri Dəmyə-Görarxı kəndində qoz-fındıq bağını nəzərdən keçirdilər

permerebi

21 iyul tarixində, dövlət nümayəndələri Dəmyə-Görarxı kəndində yeni salınmış qoz-fındıq bağını nəzərdən keçiriblər.

Qoz-fındıq bağını 6 hektar ərazidə Mirhüseyn Əsədov “Gələcəyini qur” proqramı çərçivəsində qurub. Bunun üçün ona dövlət maliyyəsi şəklində 23 490 lari veriblər.

Qoz-fındıq bağını Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı nəzərdən keçirdi. O, qeyd etdi ki, dövlət tərəfindən maliyyələçən bu növ layihələr regionun inkişafına dəstək göstərəcək.

“Bizim regionda 500 hektardan çox ərazidə bağ salınıb. Bu yaxşı göstəricidir. əhalinin dövlət proqramından istifadə edərə torpağını işlətmək imkanı var. Burada yerlilər işlə təmin olunub.çoxları dövlətin dəstəyi ilə biznesini inkişaf da etdirdi. Bu davamlı olacaq”.

Əsədovun bağında eləcə də Marneuli Munisipolitetinin icra başçısı Merab Topçişvili də qonaq oldu. Onun bildirdiyinə görə “Gələcəyini qur” kimi proqramlar Marneuli sakinlərini dövlət proqramlarından istifadə etməyə təşviq edir.

“Marneuli aqrar munisipolitetdir və əhali kənd təsərrüfati işlərinə qoşulub. Dövlətimizin “gələcəyini” qur proqramı marneulidə böyük populyarlaşma qazandı. Dövlətimiz əhaliyə tkliflər edir buna nümunə olaraq bugünkü qoz-fındıq bağını göstərə bilərik”.

Kənd təsərrüfatı layihələrinin idarəsi agentliyinin nümayəndəsi Levan Dolidzenin sözlərinə görə, proqramın ilk məqsədi çoxillik mədəniyyətlərin populyarlaşdırılması idi.

“Layihənin ilk məqsədi ümum gürcüstan miqyasında təqribən 1000-1200 hektar ərazidə çoxillik mədəniyyətlərin bağının salınması idi. Gözləntilər doğruldu. Ümumi hesabda 3500 hektar müasir mədəniyyətlərin bağı salındı. Onların hamısı suvarma sistemi ilə təmin olunub”.

Eləcə də Levan Dolidze qeyd etdi ki, layihə güman ki, 2018-ci ildə də davam edəcək. Ancaq ümum Gürcüstan miqyasında, 2017-ci ildə proqram üçün təqribən 17 900 000 lari ayrılıbmış.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register