Bal sisteminin qüvvəyə minməsindən sonra polis mobil telefonla danışdığına görə 1672 sürücünü cərimələyib
Sürücülük vəsiqəsinə dair bal sisteminin qüvvəyə minməsindən sonra nəqliyyat vasitələrinin idarəsi zamanı mobil telefonla danışmaq faktı radikal şəkildə azalıb. DİN-dən “interpressnews.ge”-yə bildiriblər ki, qeyd olunan hüquq pozuntusu faktı, 1 iyuldan 7 iyula qədər 1769 dəfə azalıb.
Xüsusən, bal sisteminin qüvvəyə minməsindən sonra patrul polisi mobil telefonla danışdığına görə 1672 sürücünü cərimələyib. Qanunvericiliyə əsasən, avtomobillə hərəkət edən zaman mobil telefonla danışanda sürücünün vəsiqəsindən 15 bal əksilir.
DİN 1 iyuldan 7 iyula qədər qeydə alınan göstəriciləri, 24-30 iyunda qeydə alınmış hüquq pozuntuları ilə müqayisə edib. Bu göstəriciyə əsasən 100 ballıq sistemin qüvvəyə minməsinə qədər mobil telefonla ünsuyyətə görə 3441 cərimə yazılıb.
Mənbə: www.interpressnews.ge
0 Comments