65 təşkilat Parlamentdən Əfqan Muxtarlının işinə dair istintaq komissiyasının yaradılmasını tələb edir

news4

65 QHT tələb edir ki, Gürcüstan Parlamenti Əfqan Muxtarlının oğurlanması işi ilə bağlı müvəqqəti istintaq komissiyası yaratsın. Çünki bu işin araşdırılması prosesi gecikir.

Şərq Tərəfdaşlığının mülki ictimai forumunun Gürcüstan Milli Platformasının üzvü olan təşkilatlar tələb edirlər ki, müvafiq müəssisələrin birinci şəxsləri insan hüquqlarının müdafiəsi Komitəsinə çağırılsınlar, çünki, 2 ay keçib və istintaq başa çatmayıb, Əfqan Muxtarlı isə Azərbaycanda həbsdədir.

Təşkilatlar hesab edirlər ki, işin araşdırılması üçün yetərli dərəcədə vaxt keçib. Prosesin uzadılması isə ölkənin imicini pozur, çünki Avropa Məhkəməsinin rezolyusiyasında da Əfqan Muxtarlının işinə, birbaşa qeyd olunub ki, Gürcüstan hakimiyyəti jurnalistin Tbilisidən Bakıya necə getməsini aydınlaşdırsın.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register