Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 24.7.2017-ci il.

Tanınmış fransız yazıçısı Aleksandr Düma 1802-ci ilin 24 iyul tarixində Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır.

Danimarka yazıçısı, romançı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Danimarka romançısı Henrik Pontoppidan 24 iyul 1857-ci ildə Yutland yarımadasında anadan olmuşdur. 16 uşaqlı keşiş ailəsinin dördüncü övladı kimi dünyaya gəlmişdi.

Çexoslovakiyada Masonluğun əsasını qoymuş dahi rəssam Alfons Muxa 24 iyul 1860-cı ildə anadan olub.Çox uzun zaman boyunca öz şah əsəri olan Slavyan Dastanı üzərində çalışmışdır. Bu əsər Slavyan xalqlarının tarixini izah edən bir sıra geniş şəkillərdən ibarətdir. Sənətçi bu əsəri 1928-ci ildə Praqa şəhərinə hədiyyə etmişdir.

ABŞ təyyarəçisi, ilk qadın pilot, Atlantik okeanı üzərindən uçan ilk qadın pilotu Ameliya Erhart 24 iyul 1897-ci ildə ABŞ-ın Kanzas ştatında doğulmuşdur. Həmçinin, orator kimi də tanınır. 2 iyul 1938-ci ildən etibarən “İtkin düşmüşlər” siyahısına daxildir. İtkin düşdüyü yer Sakit okean hesab edilir.

1915-ci ilin bu günü Çikaqoda sərnişin gəmisi batmışdır. Hadisə nəticədə 845 nəfər dünyasını dəyişmişdir.

1943-cü ilin 24 iyulunda II Dünya müharibəsində İngilis və Kanada təyyarələri gecələr, ABŞ təyyarələri isə gündüzlər Hamburgu bombaladı. Noyabrda əməliyyat bitdiyində 9.000 ton partlayıcı istifadə edilmiş, 30.000-dən çox insan ölmüş və 280.000 bina yıxılmış olacaqdı.

1959-cu ilin bu gün İraqda 1000 qədər Kərkük Türkmeninin qətl edildiyi açıqlandı.

1986-ci ilin 24 iyulunda İstanbulun Qartal bölgəsində qatar qəzası nəticəsində 9 nəfər insan dünyasını dəyişdi, 18 nəfər isə yaralandı.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register