“Qirçi” fahişəliyin leqallaşdırılmasını tələb edir

news4

“Qirçi” fahişəliyin leqallaşdırılmasını tələb edir. Bugün baş tutan mətbuat konfransında partiya nümayəndəsi Natia Kaladze bidirib ki, onlar yaxın gələcəkdə müvafiq qanunverici təşəbbüslə Parlamentə də müraciət edəcəklər.

Natia Kaladze bildirir ki, məqsəd seks-işçilərin müdafiəsidir.

“Qirçi, cəmiyyətə müraciət edir və insanları birgə qorumağa və qayğısına qalmağa çağırır, insanların şərəfini qoruyaq və azadlığa hörmət edək. Etiraf edək ki, sevgini alan da məsələn, pedaqoq kimi əməkdar və ləyaqətli adamdır.

Biz hamımız artıq illərdir ki, seks-işçilərinə qarşı zorakılığın və onların alçaldılmasının şahidi və iştirakçısıyıq. Hakimiyyət davamlı şəkildə seks-industriyaya qarşı davamlı şəkildə adamları dayandrımaqda aktivləşir, müəssisələri bağlayır, müxtəlif yollarla və ya vasitələrlə seks-işçilərə zorakılıq edir. Amma etiraf etmək istəmir ki, bu industriya ilə mübarizənin yeganə yolu onun leqallaşdırılmasıdır.

Utancdır ki, bu gün Gürcüstanda bu industriya tam leqal deyil, çünki bunun nəticəsində seks-işçilərin tam təhlükəsizliyini və onlara qarşı zorakılığı, küçədə olan yetkinlik yaşına çatmamış şəxslərin zorla və ya aldadılmaqla fahişəliyə qoşulmasını, cinsi yolla keçən xəstəliklərinyayılmasını, trefikinq əldə edirik. Amma təəssüf ki, cəmiyyətin müəyyən hissəsi seksual xidmətdən istifadə edir və həmin adamlar da başqaları ilə birgə seksual xidmətin olmasına heyrətlənirlər. Bu sahənin qeyri-leqal işləri nəticəsində əldə etdiyimiz nəticələr haqqında düşünmürlər”, – deyə Kaladze bildirib.

Onun sözlərinə görə, “etiraf etməliyik ki, insanın bədəni, insanın mülküdür və müvafiq olaraq onun hüququ var ki, əgər başqalarına zərər vurmursa, öz bədənindən doğru hesab etdiyi kimi istifadə etsin”.

Niyə düşünmürük ki, onlar daim fiziki və mənəvi olaraq zorakılıq qurbanıdırlar.

Ola bilsin ki, cəmiyyətin bir hissəsində formalaşmış əxlaq normaları və stereotiplərlə bağlı hansısa hərəkət uyğun gəlməsin, amma bu demək deyil ki, həmin hərəkət qınanmalıdır və ya qanunla cəzalandırılmalıdır.

Biz hesab edirik ki, Gürcüstanda fahişəlik tam leqal olmalıdır və bu işin heç bir komponenti nə cinayət məcəlləsi nə də ki, administrativ qanunun qaydaları ilə cəzalandırılmamalıdır.

Biz qatillərlə, zorakılarla, oğrularla mübarizə aparmalıyıq, seks-işçiləri ilə deyil”, – deyə Kaladze bildirib.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register