ABŞ-ın Gürcüstandakı səfiri Marneulidə səfərdədir

extra news radio1

Bu gün 24 iyul tarixində Marneuliyə ABŞ-ın Gürcüstanda ki, səfiri Yan Keli qonaq gəldi. İlk növbədə səfir Marneuli İcra hakimiyyətinə baş çəkdi və səfirin qeyd etdiyinə görə onlar bir saat ərzində qapalı qapı arxasında Munisipalitetin icra başcısı, müavini və Bələdiyyə sədri ilə Marneulidə olan problemlər haqqında söhbət etdibər. Əsasən Marneulinin etnik rəngarənkliyinə və siyasi, seçki qabağı mühitinin altından xətt çəkdi.

Bizim üçün bu region çox önəmlidi və buranın önəmini qəbul edirik, bunun isə misalı USAİD -ın maliyyə dəstəyi ilə həyata keçirilən investisiyalardır. Biz eləcədə yerli mediyanın inkişafı üçün qrantlarda vermişik və həqiqətəndə bir daha demək isdəyirəm ki, bu regionun uğuru vacibdir çün ki, burada qafqazın 3 əsas milləti məskunlaşıblar”-Yan Klei qeyd edir.

Marneuli İcra Başcısı Merab Topcişvilin sözünə görə Yan Keli ilə söhbət zamanı onlar eləcədə Amerika tərəfindən həyata keçirilən investiyaları müzakirə etdilər.

“Söhbət amerika tərəfindən həyata keçirilən layihələr haqqında da oldu. Elcəədə ümumi siyasi, iqtisadi və gələcək seçkilər üçün hazırlıq və seçkilıərin  demokratik prinsiplərindən danışdıq. Əlbətdəki gələcək əməkdaşlıq və əlaqə haqıqndada amerika tərəfinin marneuli munisipaliteti üçün nə kimi yardımlar göstərə biləcəkləri haqqında müzakirələr apardıq” -Merab Topçişvili qeyd edir.

Yan Keli bu gün eləcədə yerli fermerlərlər görüşəcək, USAİD tərəfindən maliyyələşdirilmiş  layihələr və yerli televiziyaya baş çəkəcək.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register