Energetika naziri: “Düşünürəm ki, Xudon Hes mütləq tikilməlidir”

news3

Energetika naziri İlia Eloşvili deyir ki, “Xudon hes” mütləq tikilməlidir. Ancaq indi Gürcüstanın əlavə enerji resursları ala biləcəyi  başqa mənbələri də var:

“Son 4 il ərzində bizim qarşımızda müəyyən obyektiv və subyektiv maneələr var idi. 4 ildə tamamən başqa reallıq qarşısında durduq. Bizim yeni mənbələrimiz məlum oldu ki, 700 megavatt gücündə elektrik enerjisi verə bilərlər. 500 megavatt gücündə elektrik dayanacağı tikilir və yaxın gələcəkdə 1 000 megavatt gücündə də əlavə olunacaq. Ümumi hesabda, cəmi 2500 megavat əlavə olunur.

Bundan dolayı, “Xudon Hes layihəsi” müzakirə olunacaq. Bunun üzərində işlər gedir. Bu obyekt mütləq tikilməlidir. Əminəm ki, elektrik enerjisinin işlədilməsinin əlavə mənbələrinə baxmayaraq, bu hes öz yerini tutacaq. Amma bu mənim fikrimdir və o, sübutlar tələb edəcək. Beynəlxalq maliyyə institutları ilə işlər gedir ki, hökumət və bizim tərəfdaşlar bu layihənin əhəmiyyətini dərk etsinlər”, – deyə nazir müsahibəsi zamanı bildirib.

 

Xudonhes layihəsinə qarşı bir çox etiraz aksiyaları keçirilib. Aksiya iştirakçılarının bildirdiyinə görə, bu layihə Svaneti ekologiyasına məhvedici şəkildə təsir göstərəcək. Yerli əhalinin bir hissəsi layihə ərazisindən köçməyi planlaşdırmır və Energetika Nazirliyinin təklifi ilə razılaşmır. Layihəyə əsasən, Xudonhesin su anbarının güzgüsünün səthinin sahəsi 528 hektar olacaq. Kompleksin sahəsinə bir çox kəndlər və 584 qəbir düşür.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register