Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“WhatsApp”da olacaq yeni funksiyalar hal-hazırda beta test mərhələsində test olunur. Söhbət iOS və Android üçün nəzərdə tutulmuş 2 yeni funksiyadan gedir. Android üçün 2.17.265 versiyalı WhatsApp-ın beta test mərhələsinə videozəng funksiyasının dəyişdirilmiş tərzi əlavə olunub. Belə ki, bundan sonra istifadəçilər videozəng pəncərəsini kiçildə və ekranda istədikləri yerə daşıya biləcəklər. Beləliklə, istifadəçilər eyni anda həm videozəng vasitəsilə ünsiyyət qura, həmdə digər istifadəçilərə mesaj yaza biləcəklər.

1

“Facebook” istifadəçilərə ən yeni məlumatları verəcək yeni ödənişli xidməti istifadəyə verəcək. Xidmət “Cəlb məqalələr” funksiyası əsasında işləyəcək ki, bu da istifadəçilərə şəxsi xəbər lentində xəbər kontentini izləməyə imkan verəcək. Məlumdur ki, “Facebook” istifadəçiləri xəbər nəşrinin saytına yönəldərək, belə bir kontentə çıxışı məhdudlaşdırmağı planlaşdırır. Bundan başqa, xəbərlərin sərbəst oxunması üçün limit tətbiq ediləcək. İstifadəçi cəmi 10 mətni pulsuz oxumaq imkanında olacaq. Xidmətin sınaqlarına bu ilin oktyabrında başlanacaq.

2

Apple’ın Dünya Emoji Günündə tanıtdığı 52 yeni emojiləri arasında saqqallı adam, zebra, sandiviç və hindistan qozu da var. Emojilər artıq bir neçə sevimli üz olmaqdan çıxıb sosyal problemlərə həll yolu, bir şərh oldu. 2015-ci ildə fərqli dəri rəngləri olan emojilər əlavə edilmiş və o dönəmin gündəminə bir növ şərh bildirmişdi. 17 İyul Dünya Emoji Günündə Apple verdiyi açıqlama ilə 52 yeni emojinin əlavə ediləcəyini bildirdi.Bu il ərzində əlavə olunacaq yeni emojilər arasında baş örtüklü qadın, uşaqlı qadın, saqqallı adam, yoga ilə məşğul olan adam; yemək kateqoriyasında sandiviç ve hindistan qozu; heyvan ve mistik canlılarda T-Rex, Zebra, Zombi ve Elf; üz ifadələrində ulduzlu gözlər, axan gözler, qusan adam və başqaları yer alacaq.

3

İnternet ticarətində ixtisaslaşmış “Amazon” şirkəti özünün yeni “Spark” adlanan sosial şəbəkəsini işə saldığını bildirib. Xidmətin köməyi ilə istifadəçilər şirkətin internet mağazasında məhsullar əldə edə biləcəklər. “Amazon Spark” sizin maraqlarınızı bölüşən insan və əşyaları tapmaq üçün bir yerdir. Əgər siz ev dekoru üçün yenilik axtarırsınızsa və ya yaxşı ayaqqabı barədə uzun məsafəyə məsləhət üçün müraciət edirsinizsə, “Spark” sizə onların və sizin xoşunuza gələn tarixçəni və ideyaları tapmağa və almağa kömək edilir”, – deyə şirkətin məlumatında deyilir. Hazırda əlavəni yalnız iOS əməliyyat sistemli mobil cihazlarda istifadə etmək mümkündür. Tərtibatçıların sözlərinə görə, “Android” üçün versiya da yaxın zamanlarda işə salınacaq. Yeni sosial şəbəkə məhsulları maraqlar üzrə qruplaşdırmağa, şərhlər yazmağa və öz alışlarının istifadəsi təcrübəsini bölüşməyə imkan verəcək.

4

Amerikalı alimlər 10 ildən artıq üzərində çalışdıqları əbədi işləyən elektrik velosipedi yaradıblar. Onlar radio dalğalar hesabına çalışan nəqliyyat vasitəsinin yaradılmasına nail ola biliblər. Velosiped 30 km/saat sürətlə hərəkət edə bilir. Alim və mühəndislər bu elektrik velosipedi sınaqlar zamanı nümayiş etdiriblər. Möcüzəvi texnika geniş diapazonlu radiodalğalar hesabına işləyir. Alimlər qeyd ediblər ki, belə velosiped əbədi olaraq hərəkət edəcək. Ona görə ki, bütün dünyada elektronikanın sayı ildən-ilə artır. Mühərrik və elektrik enerjisi generatorunun işi hesabına mütəxəssislər tam olaraq kinetik enerjini əldə edə biliblər. Generator qabaq təkərin vtulkasının daxilində yerləşir. Bimetal rama məhz bu radiodalğaları qəbul edir. Belə konsepsiya gələcək təhlillərə və miqyaslı satışlara yönəlib.

5

“WhatsApp” bu dəfə də yeniliyi ilə istifadəçilərini sevindirəcək. Şəbəkə hazırda yeni funksiyanın üzərində test aparır. “Şəkil üstə şəkil ” adlanan yeni funksiya sayəsində görüntülü danışa-danışa başqa birisi ilə mesajlaşmaq mümkün olacaq. Funksiyanın yaxın vaxtlarda istifadəçilərə təqdim olunacağı gözlənilir.

6

“Amazon” onlayn mağazasında videoyazı funksiyası olan eynəklər satışa çıxarılıb. “Snap’s Spectacles” eynəkləri hər iki şüşəsində video yazmaq imkanında olan unikal kamera ilə təchiz edilib. Bu möcüzəvi texnikanı “Snap” şirkəti istehsal edir. Ötən payız bu eynəklər ictimaiyyətə təqdim edilib və o zamandan bəri onun ətrafında ajiotaj səngimir. Eynəklər qeyri-müəyyən zamanda 30 saniyəlik videolar yazır və özləri nə zaman yazmaq lazım olduğunu seçirlər. Çəkilən materiallara sonradan öz smartfonunda baxmaq mümkündür. “Amazon”da bu eynək 130 dollara satılır. Onlar üç rəngdə – göy, qırmızı və qara rənglərdə təqdim olunub.

7

“İntel” daşınar cihazlar bazarından gedir. Radio Marneuli-in məlumatına görə, CNBC-nin şayiələrinə inansaq, iki həftə öncə texnologiya nəhəngi smart-saatların və fitnes trekerlərin tərtibatı ilə məşğul olan bütün şöbəsini buraxıb. Əgər bugünkü şayiələr təsdiqini tapsa, bu, son aylarda “İntel” tərəfindən bağlanılan ikinci böyük layihə olacaq. İyun ayında şirkət “Raspberry Pi”nin rəqibinin tərtib edilməsindən imtina edib. Qeyd etmək lazımdır ki, korporasiyanın daşınar elektronika bazarını tərk etdiyi ilə bağlı xəbərlər bundan əvvəl də yayılırdı.

8

“SpaceX” şirkətinin rəhbəri İlon Mask bəyan edib ki, ABŞ hökumətindən Nyu-Yorkla Vaşinqtonu birləşdirəcək Hyperloop tunelinin tikintisi üçün şifahi icazə alıb. 328 km-lik məsafəni yüksəksürətli nəqliyyat vasitəsilə 29 dəqiqəyə getmək mümkün olacaq. ABŞ hökuməti hələlik bu açıqlamaya münasibət bildirməyib.

9

“LG” şirkəti “V20” modelinin kiçik versiyası hesab edilən “Q8” smartfonunu təqdim edib. “Gorilla Glass 4” şüşəsi ilə mühafizə olunan “Quantum IPS” ekranının ölçüsü 5,2 düym diaqonal, təsvir ölçüsü “QHD” (2560 x 1440 piksel) təşkil edir. Xatırladaq ki, “LG V20” smartfonunun displeyinin diaqonalı 5,7 düym olmaqla eyni təsvir ölçüsünə malikdir. Ölçüsü kiçik yardımçı ekran da “LG V20”də olduğu kimi, eyni təsvir ölçülüdür (160 x 1040 piksel). “SoC Snapdragon 820” prosessoruna malik qurğu 4 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də “microSD” çıxışı ilə təchiz edilib. Qoşa əsas kamerada 13 və 8 meqapiksel təsvir ölçülü modullardan istifadə olunub. Optik stabilləşdirmə sistemi ilə təchiz edilən kamera “4К” formatlı videoçəkilişi dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 5 meqapikselə bərabərdir və videonu “Full HD” standartında çəkir. Smartfon, həmçinin “IP68” mühafizə sistemi, “ESS9218” (Quad DAC) rəqəmli analoq dəyişdiricisinə malik səs alt sistemi, “Android 7.0 Nougat” əməliyyat sistemi və 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Qabarit ölçüsü 149 x 71,9 x 8 millimetrə bərabər qurğunun çəkisi 146 qram təşkil edir.

10

ABŞ-ın taksi sifarişi servisi Lyft, pilotsuz avtomobillər üçün texnologiyalar hazırlayacaq şöbəsinin istifadəyə verildiyini bildirdi. “Lyft”, açıq platforma üzərində çalışacaq. Həmin platforma çərçivəsində isə taksi servisi, avtomobil istehsalçıları, developerlər və digər tərəfdaşlara pilotsuz avtomobillər sahəsində özəl avtomobiilər şəbəkəsini təqdim edəcək. “Lyft”in strategiya üzrə direktoru Raj Kapoor, öz müsahibəsində qeyd edib ki, söhbət təkcə kənar şirkətlərin cəlb olunmasından deyil, həmdə software ilə hardware-ni birləşdirəcək özəl texnoloji platformanın yaradılmasından gedir. “Lyft” brendi adı altında şəxsi avtomobillərin istehsalından söhbət getmir. Şirkət bu sahədə öz rəqibi “Uber” kimi çalışmağı planlaşdırır. Yəni, avtomobil istehsalçılarının avtomobillərindən istifadə edərək onlara öz texnologiyalarını təqdim etmək planlaşdırılır. “Lyft” həmçinin adi avtomobilləri, pilotsuz avtomobillərə çevirəcək xüsusi cihazların istehsalı ehtimalının da olduğunu bildirib. Yeni şöbənin istifadəyə verilməsi üçün “Lyft” bu ilin sonuna kimi yüzlərlə mütəxəssis cəlb etməyi və Palo-Altoda laboratoriya ilə test meydançalarına sahib xüsusi ofis tutmağı planlaşdırır. Bunun üçün şirkət artıq 4645 kvadrat metr sahəli xüsusi yeri icarəyə götürüb. “Lyft”in sözlərinə əsasən həmin yer, “Level 5” adlanacaq. Bir neçə müddət bundan öncə isə “Lyft” bu sahə üzrə “General Motors”, “Alphabet” holdinqinin tərkibində olan Nutonomy startapı və “Waymo” şirkəti ilə əməkdaşlıq əldə etmişdi.

11

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register