Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Alimlərin “Tunqusk meteoritinin anası” adlandırdıqları “Enke” kometi 2022-ci ildə Yerə təhlükəli həddə qədər yaxınlaşa bilər. Komet Yerlə toqquşacağı halda bəşəriyyət məhv olacaq. Qeyd edək ki, 1908-ci ildə bu kometin qəlpəsi Rusiyanın Tunqusk şəhərinin Podkamennaya çayı rayonunda yerə düşmüşdü. Bu zaman partlayışın gücü hidrogen bombasının gücünə bərabər olmuşdu.

1

Cənubi Koreyanın “Samsung” şirkəti özünün simsiz qulaqcıqlarının tərtibatına başlayıb. Bu, “Apple” şirkətinin ötən il təqdim etdiyi “Airpods”lara rəqib olacaq. “Samsung”un Bluetooth-qulaqcıqları “Bixby” səsli köməkçisini dəstələyəcək. Yeniliyin təqdimatı “Galaxy Note 8″lə eyni gündə – avqustun 23-də olacaq.

2

Cənubi Koreyanın İnçxon beynəlxalq hava limanında LG şirkətinin istehsalı olan xadimə (Airport Cleaning Robot) və bələdçi (Airport Guide Robot) robotların sınaqlarına başlanıb. Səsin tanınması texnologiyası üzrə çalışan bələdçi robotlar koreya, ingilis, çin və yapon dillərini bilir. Aeroportun əsas serverinə qoşulduqları üçün onlar ziyarətçilərin suallarına cavab verə, reyslərin cədvəlini və hava limanının xəritəsini ekranda əks etdirə, zəruri hallarda isə insanları lazım olan yerə qədər müşayiət edə bilirlər. Xadimə robot isə maneələrdən yayına bilir. Tozsoran lazımi sensor və kameralarla təchiz olunub ki, bu da onun fəaliyyətinin təhlükəsizliyini və effektivliyini təmin edir. Aeroportun xəritəsi ilə təchiz olunma isə robota təmizlik işləri görmək üçün yeri seçməkdə kömək edir. Hazırda İnçxon beynəlxalq hava limanında bu robotların hər növü üzrə 5 ədəd robot fəaliyyət göstərir.

3

Moskvada 600 avtobus dayanacağında pulsuz “Wi-Fi” şəbəkəsi quraşdırılıb. Dayanacaqlar sərnişin sıxlığına görə seçilib. Bildirilib ki, şəhərin “Wi-Fi” şəbəkəsində 4,4 milyon nəfər qeydiyyatdan keçib. Onlar gün ərzində orta hesabla 1000 dəfə internetə daxil olurlar. Şəbəkəyə qoşulmaq üçün cəmi bircə dəfə qeydiyyatdan keçmək kifayətdir.

4

Böyük Britaniyada təhlükəsizlik məqsədilə çəkisi 250 qramdan artıq olan pilotsuz uçuş aparatlarının məcburi qeydiyyatına başlanıb. Bu barədə Birləşmiş Krallığın aviasiya naziri Martin Kellanan açıqlama verib. Onun sözlərinə görə, dron sahibləri konfidensiallıq qanunları və təhlükəsizliyin əsasları üzrə testdən keçməli olacaqlar. Qeyd edək ki, bu ilin ilk dörd ayında Böyük Britaniyada pilotsuz uçuş aparatlarının iştirakı ilə 22 insident qeydə alınıb. Hökumətin apardığı araşdırmalar nəticəsində məlum olub ki, çəkisi 400 qramdan artıq olan dronlar vertolyotun, çəkisi 2 kq-dan artıq olan dronlar isə təyyarənin şüşəsini zədələyə bilər. Hökumət dronların müəyyən yerlərdə, məsələn, həbsxana və aeroportlar üzərində uçuşunu qadağan etmək barədə düşünür.

5

Nəhəng proqramlaşdırma şirkəti olan Microsoft “Paint” qrafika proqramını ləğv etməyi planlaşdırır. Şirkət bu il “Windows 10” yenilənmələr siyahısını tətbiq edəcək. Bunula da 32 ildir istifadə olunan “Paint”, “Outlook Express” kimi proqramlar istifadədən çıxarılacaq. Qeyd edək ki, “Paint” proqramı 1985-ci ildə “Windows 1.0” versiyalı proqralaşdırma ilə istifadəyə verilmişdi. Şirkət çıxarılmış proqramın əvəzinə, “Paint 3D” proqramını tətbiq edəcək. “Paint”in təkmilləşdirilmiş versiyası olan bu proqramda istifadəçilər 3D şəkillər yarada bilir.

6

ABŞ Kosmik Agentliyi (NASA) mütəmadi müxtəlif müsabiqələr keçirərək maraqlı və faydalı texnologiyalar yarada bilən iddialı alim qruplarını cəlb etməyə çalışır. Bu yaxınlarda Yerətrafı orbitdə həyat üçün yararlı obyektlərin hazırlanması üzrə müsabiqə keçirilib. Müsabiqədə qələbəni kosmik hotel layihəsini təqdim edən Massaçusets Texnologiya İnstitutunun komandası qazanıb. “Managed, Reconfigurable, In-space Nodal Assembly” (“Marina”) adlanan layihənin yaradıcılarının planlarına görə, kosmik hotel ləçəklər şəklində dairəvi yerləşən səkkiz hava ilə doldurulmuş moduldan ibarət olacaq. Məlumata görə, hotelin gələcəkdə Beynəlxalq Kosmik Stansiyanı əvəz etməsi “NASA”ya kosmik turist axını sayəsində xərcləri azaltmağa imkan verəcək. Bundan başqa, modulların sayını tədricən artırmaq və onları digər şirkətlərə icarəyə vermək mümkün olacaq. Konsept yaradıcılarının sözlərinə görə, hoteldə bar, restoran, fitneslə məşğul olmaq üçün zal, birinci dərəcəli xidmətlərin göstərildiyi otaq nömrələri və s. yerləşəcək. Əsas fərqli cəhət isə qonaqlar üçün böyük illüminatorlardan açılan sehrli mənzərələr olacaq. Mütəxəssislərin ilkin hesablamalarına görə, hoteldə ikihəftəlik qalmaq üçün qiymət təxminən 5 milyon dollar təşkil edəcək.

7

“IDC” analitik şirkəti 2017-ci ildə dünyada robot texnikasının (o cümlədən uçan aparatlar və robot texnikası ilə əlaqəli avadanlıq, proqram və xidmətlər) satış həcminin 97,2 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 17,9 faiz çoxdur. Yaxın 5 ildə bazarda artımın sürətlənərək 2021-ci ilədək həcminin 230,7 milyard dollara çatacağı gözlənilir. Robot texnikasının iri alıcıları diskret və fasiləsiz istehsal müəssisələri olaraq qalacaq. 2017-ci ildə onların müvafiq olaraq 30,5 və 24,1 milyard dollar dəyərində mal və xidmətlər alacağı proqnozlaşdırılır. Sonrakı yerləri hasilat sənayesi və kənd təsərrüfatı müəssisələri tutacaq. Bu il onların payı 9 milyard dollara yaxın olacaq. Dünyada satış həcminin təxminən dörddə bir hissəsinin diskret istehsalda yığma, qaynaq və rəngləmə prosesində tətbiq edilən robotların, daha 15 faizinin isə fasiləsiz istehsalda qarışdırma üçün robotların təşkil edəcəyi bildirilir. Qeyd olunur ki, bazar həcminin yarısından çoxunu (50,7 milyard dollar) robot texnikası sistemləri, ehtiyat hissələri və sistem avadanlığı təşkil edir. Bu il proqramların hazırlanması, təlimi, konsultasiyası, avadanlığın qurulması və sistem inteqrasiyası üzrə xidmətlərə 24 milyard dolların, proqram təminatına 15,2 milyard dolların, pilotsuz uçan aparatların və onlar üçün ehtiyat hissələrinin alışına 7 milyard dolların ayrılacağı proqnozlaşdırılır.

8

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register