İcra başçısı Merab Topçişvili Marneulinin meri olacaq ya yox – partiya hələ qərar verməyib

merab 1

Özünüidarəetmə qanununa daxil edilmiş yeni dəyişikliyə əsasən, icra başçısı Merab Topçişvilinin munisipolitetin meri olub olmayacağı sualına icra başçsının dediyinə görə, buna partiya və hakimiyyət qərar verəcək.

Partiya bu qərarı nə zaman verəcək – icra başçısı bilmir. Ancaq onu da qeyd etdi ki, partiyanın hər hansı qərarı onun üçün qəbuldur.

Bir il bundan əvvəl “Vətəndaş Büdcəsi” layihəsinin yekunlaşdırılmasında Radio Marneulinin jurnalistləri ilə söhbət zamanı Topçişvili bildirmişdi ki, 4 il yenə Marneulinin icra başçısı olmağa, yəni ikinci dəfə namizədlik verməyə hazırlaşır.

Mən ikinci müddətlə bağlı ilk gündən, çalışmağa başlayan  və görüyüm işlərin nəticəsini hiss edən kimi danışıram” – deyə icra başçısı bildirir. 

Partiya nəticələri hiss etdi ya yox sualına icra başçısı cavab verdi ki, onun çalışması partiyanın dəstəyi və birgə iləri ilə gedirdi.

2017-ci ilin özünüidarəetmə seçkilərinin tarixi hələ elan olunmayıb. Merab Topçişvili Marneulinin tarixində ilk seçilmiş mer və son təyin olunmuş icra başçısı olacaq. Yeni qanuna əsasən, Marneulilər ilk dəfə mer seçəcəklər.

Radio MarneuliFM

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register