6 ay ərzində siyasi partiyalar tərəfindən əldə edilmiş yardımlar ümumilikdə 250,355.21 larini təşkil edib
Dövlət Audit Xidməti siyasi partiyaların 2017-ci ilə aid olan yardım statistikasını yayımlayıb.
2017-ci ildə 6 ay ərzində siyasi partiyalar tərəfindən qəbul edilən yardımlar ümumilikdə 250,355,21 lari təşkil edib.
2017-ci ilin ilk 6 ayında ən çox yardımı – 131,179,00 lari “Avropalı Gürcüstan” alıb.
İkinci yerdə “Yeni Siyasi Mərkəz – Qirçi” – 47816.64 lari ilə durur, ancaq “Birləşmiş Demokratik Hərəkat” Nino Burcanadze tərəfindən 30,000 lari dəyərində məbləğ yardımlarda üçüncü yerdədir.
“Vahid Milli Hərəkat” 24,051,57 lari alıb, ancaq “Gürcü Arzusu” – 8770 lari maddi və maddi olmayan yardım alıb.
“Gürcüstanın Xristian Konservant Partiyası” – 6000 lari, “Gürcüstanın sülhü üçün” – 720 lari, “Gürcüstan Birgə Kommunist Partiyası” – 691 lari, “Milli Demokratik Partiya” – 607 lari, “Yeni Sağlar” – 500 lari və “Gürcüstan Respublikaçılar Partiyası” 20 lari alıb.
Marneuli FM
marneulifm1106 Posts
0 Comments