Məruzəçi seçimi üçün müsabiqə elan edilib
Qadınlar Təşkilatı “Safari” Gürcüstan Prezidenti Fondunun və BMT-nin Əhali Fondunun (UNFPA) dəstəyi ilə “Kvemo-Kartlidə erkən evlilik prevensiyasının gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi Kvemo-Kartlidə erkən evliliyin zərərinin prevensiyasına dəstək olmaqdır.
Layihə çərçivəsində məruzəçi seçimi müsabiqəsi elan edilir. Seçilən məruzəçilər Kvemo-Kartlinin orta məktəblərində şagirlərə erkən evlilik mövzusunda treninq keçəcəklər. Qeyd edilən treninqlərin məqsədi məruzəçiləri məktəblilərə məlumatlandırıcı treninqlər keçməsi üçün hazırlamaqdır. Onlar treninqlər nəticəsində Kvemo-Kartli məktəblərinin şagirdləri üçün məlumatlandırıcı treninqlər keçməyə bilik və qabilliyyət əldə edəcəklər. Məktəblərdə məlumatlandırıcı görüş keçirən məruzəçilər honorar alacaqlar.
Treninqlər 3 gün ərzində davam edəcək.
Müsabiqədə iştirak etmək istəyənlər mütləq aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:
** Ali təhsil
** Azərbaycan və gürcü dillərini yaxşı bilmək
** Gender olaraq hissiyatlı olmaq
** Şifahi əlaqə və təqdimat qabiliyyəti
** Motivaisyalı olmaq
** 1+4 təhsil praqramının məzunlarına güzəşt olunacaq
İştirak etmək istəyənlər motivasiya məktubu və CV-ni növbəti el-poçt ünvanına- unionsapari@gmail.com “Erkən evlilik mövzusunda treninqlər” başlığı ilə göndərməlidirlər.
Sənədlərin son qəbul günü 1 Avqust, 2017-ci ildir. Müsahibə üçü ancaq seçilmiş namizdlər çağırılacaqlar.
Mənbə: sapari.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments