USAİD-da yerli özünüidarənin seçkiləri haqqında məlumatlandırıcı görüş keçirildi
Bu gün, 25 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Seçki Media Mərkəz” layihəsi çərçivəsində yerli özünüidarənin seçkiləri haqqında görüş keçirildi. Marneulinin Mülki Məşğulluq Mərkəzinin koordinatoru və görüşün təşkilatçılarından olan Mariam Samxaradze Media Mərkəzdə təşkil olunan görüşlər haqqında danışdı
“Görüş seçki media mərkəzi layihəsi çərçivəsində keçirildi. Media Mərkəz 11 iyul tarixində açıldı və noyabrın sonuna kimi media mərkəzdə seçkilərlə bağlı müxtəlif tədbirlərin həyata keçirliməsi planlaşdırılır. Media Mərkəzdə əsasən merliyə namizəd olan şəxslər əhaliyə öz planları haqqında danışıırlar eləcə də burada debatlar və müzakirələr aparılır.” – deyə Mariam Samxaradze qeyd edir.
Görüşdə eləcə də Azərbaycanlı Hüqüqşünaslar Assosiyasiyasının sədri Əli Bədirov da iştirak edirdi.
Seminar iştirakçısı Günay Yetirmişlinin dediyinə görə tədbirdən bir çox yeni məlumat əldə edib.
Seçki Media Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən vətəndaşların ictimai fəallığı layihəsi çərçivəsində maliyyələşdirirlir və Gürcüstanın 10 şəhərində fəaliyyət göstərir.
Şəlalə Əmircanova516 Posts
0 Comments