Sabah Parlamentin növbədənkənar iclası baş tutacaq

par

Prezident Parlamentin 26 iyulda növbədən kənar plenar iclasının təyin olunması haqqında xahişini qəbul edib. Bu haqda Prezidentin mətbuat katibi Ekaterine Mişveladze baş tutan ənənəvi mətbuat konfransında bildirib.

“Prezident 26 iyulda növbədənkənar iclasın keçirilməsi haqqında xahişi qəbul edib. Bilirsiz ki, başqa məsələlərlə birgə iclasda deputatlar Prezident tərəfindən təqdim olunmuş, motivə edilmiş qeydləri müzakirə edirlər. Prezident bir daha qanunverici orqanı çağırır ki, özünüidarəetmənin əhəmiyyətini nəzərə alsın, ölkənin demokratik inkişafına mane olmasınlar və öz əhalilərini dinləsinlər”, – deyə Mişveladze bildirib.

Parlament Prezidentə 26 iyulda növbədənkənar plenar iclasın təyin olunması tələbi ilə dünən müraciət ediblər.

Xatırladaq ki, Qiorqi Marqvelaşvili veto səlahiyyətindən Parlament tərəfindən əldə edilmiş üç qanunlayihə ilə bağlı istifadə edib.

Onlardan biri “yerli özünüidarəetmə məcəlləsində” həyata keçirilmiş dəyişikliklər layihəsidir, ikisi isə – “seçki məcəlləsi” ilə bağlı müxtəlif qanunlayihələrdir.

Mənbə: http://www.interpressnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register