Dövlət Auditi Xidmətinin rəhbəri öhdəliyini Nino Lomcaria yerinə yetirəcək

news

Dövlət Auditi Xidmətinin rəhbəri öhdəliyini Nino Lomcaria yerinə yetirəcək. http://www.interpressnews.ge-yə Audit Xidmətindən verilən məlumata görə, Lomcaria hal-hazırkı baş auditor, Laşa Tordianın birinci müavinidir, müvafiq olaraq öhdəliyi də o yerinə yetirəcək.

Xatırladaq ki, Dövlət Audit Xidmətinin qüvvədə olan rəhbəri Laşa Tordianın səlahiyyət müddəti bu gün başa çatır. İndiyə kimi məlum deyil ki, onun vəzifəsini kim tutacaq, ancaq, məlumat yayılır ki, baş auditor vəzifəsinə Tbilisinin qüvvədə olan meri, Davit Narmania və çoxluğunun deputatı, Vano Zardiaşvilinin namizədliyi müzakirə olunacaq.

Mövcud olan reqlamendə əsasən, Dövlət Auditi Xidmətinin rəhbəri vəzifəsinə, Parlamentin rəhbərinin namizədlik təqdim etmək hüququ var. Təqdim olunmuş namizədi isə, Parlament siyahı çoxluğu 5 il müddətinə seçir.

Laşa Tordia Dövlət Audit Xidmətini 2015-ci ilin 25 iyulunda qəbul edib. Ona qədər, Levan Bejaşvili rəhbərlik edirdi.

Mənbə: http://www.interpressnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register