Əhalinin 31%-nin fikrincə ölkə yanlış istiqamətdə inkişaf edir, 35%-in fikrinə əsasən heçnə dəyişmir
NDİ-ın tədqiqatına əsasən, Gürcüstanda sorğu aparılmış əhalinin 31% düşünür ki, ölkə əsasən yanlış və ya həqiqətən yanlış istiqamətdə inkişaf edir. Daha çoxu, 35% isə hesab edir ki, heçnə dəyişmir.
Gürcüstan hansı istiqamətdə inkişaf edir – sualına əhalinin yalnız 4%-i cavab verir ki, “həqiqətən də düzgün istiqamətdə inkişaf edir”, 27%-nin fikrinə əsasən isə, düzgün istiqamətdə inkişaf edir. Bu suala “bilmirəm” cavabını 3 nəfər verib.
Tədqiqat Böyük Britaniya hökumətinin UK aid-in maliyyə dəstəyi ilə aparılıb. Sorğunu isə CRRC-Gürcüstan aparırdı. Tədqiqatın işləri 18 iyun-9 iyul dövründə, Gürcüstan miqyasında (işğal olunmuş əraziləri çıxmaqla) keçirilib. 2261 şəxslə canlı müsahibə şəklində, seçilmiş sorğu aparılıb.
Mənbə: On.ge
0 Comments