473 kəndin sakinləri internetə qoşulma proqramından istifadə edəcəklər
“İufen net” ümumi, yüksək sürətli internet infrastruktur şəbəkəsinin planlaşdırılmasını həyata keçirir.
Proqram çərçivəsində ilkin mərhələdə infrastruktur bütün Gürcüstan miqyasında 473 nöqtədə yaradılacaq. Layihə 10 regionu əhatə edəcək: Acara, İmereti, Quria, Kvemo Kartli, Mcxeta-Mtianeti, Raca-Leçxumi, Sameqrelo-Zemo Svaneti, Samtsxe-Cavaxeti, Şida Kartli. Layihənin dəyəri təqribən 150 milyon ABŞ dollarıdır.
Layihə çərçivəsində Kvemo Kartlidə 52 kəndə internet şəbəkəsi qoşulacaq, onlardan 8 kənd Marneuli munisipolitetinə daxildir:
Təzəkənd, Qırmızı kənd, Axlı-Mahmudlu, Yenikənd, Kvemo Saral, Seyidixocalı, Norgül, Kiçik Bəylər.
Mənbə: Netgazeti.ge
0 Comments