Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Amazon” internet mağazasında ev heyvanları üçün tərcüməçi satışa çıxarılacaq. Bu barədə şirkətin hesabatında qeyd edilib. Yeni qurğu sayəsində ev sahibi öz pişiyini və ya itini asanlıqla başa düşə biləcək. Bu qurğunu hazırlayarkən alimlər süni intellektdən bəhrələniblər. Onlar it və pişiklərin sahibinə müraciət edərkən və ya nəsə istəyərkən göndərdiyi siqnalları analiz edərək, müəyyən sxem hazırlayıblar. Alimlər qeyd edirlər ki, iflic olmuş və ünsiyyət qabiliyyətini itirmiş şəxslər üçün aparatlar hazırlanarkən müvafiq texnologiyadan istifadə etmək olar.

1

“Microsoft” şirkətinin tərtibatçıları əlavə reallıq eynəyi yaratmağı planlaşdırır. “HoloLens 2” adlanan eynəklərdə əlavə çip olacaq. Bu çip süni məlumatların intellekt vasitəsilə emalına cavabdeh olacaq. Eynəyin üç prosessoru olacaq: mərkəzi, qrafik və Holographic Processing Unit (HPU). Yeniliyin 2019-cu ildə satışa çıxarılması gözlənilir.

2

Rusiya qütb bölgəsində araşdırma aparmaq məqsədilə kiçik pilotsuz təyyarə istehsal edib. “VRT 300” adlı təyyarə ilk dəfə MAKS 2017 sərgisində ictimaiyyətə təqdim edilib. Pilotsuz təyyarə kiçik ölçüsünə baxmayaraq, 300 kq yük daşıya, 5 saat müddətində havada qala və saatda 180 km sürətə çata bilir. Qeyri-adi nəqliyyat vasitəsi Antarktikada istifadə ediləcək. Belə ki, “VRT 300” gəmilərin nə ilə qarşılaşacağını müəyyənləşdirmək, onlara məlumat vermək, buzun qalınlığını ölçərək istiqaməti müəyyənləşdirmək kimi vəzifələri yerinə yetirəcək.

3

ABŞ-ın “Apple” şirkəti “iPhone” smartfonlarının ekranını özü istehsal etməyə hazırlaşır. “Alma nəhəngi”nin rəhbərliyi bununla da Cənubi Koreyanın “Samsung” şirkətindən asılılığını azaltmaq qərarına gəlib. Bildirilir ki, “Apple” artıq bu ideyasını həyata keçirmək üçün modernləşdirilmiş avadanlıqlar alıb. Şirkətin mütəxəssisləri OLED-ekranları Tayvanda buraxmağı planlaşdırır. Ekranlarını özü istehsal etməsi nəinki şirkətin xərclərini azaldacaq, hətta “Apple”ə külli miqdarda gəlir gətirəcək.

4

“Microsoft” şirkətinin tərtibatçıları əlavə reallıq eynəyi yaratmağı planlaşdırır. “HoloLens 2” adlanan eynəklərdə əlavə çip olacaq. Bu çip süni məlumatların intellekt vasitəsilə emalına cavabdeh olacaq. Eynəyin üç prosessoru olacaq: mərkəzi, qrafik və Holographic Processing Unit (HPU). Yeniliyin 2019-cu ildə satışa çıxarılması gözlənilir.

5

Dünyanın ilk pilotsuz gəmisi 2018-ci ildə istifadəyə veriləcək. Gəmi 25 milyon dollara başa gələcək ki, bu da eyni ölçülü adi gəmidən 3 dəfə ucuz olacaq, yanacaq və ekipaja isə ildə 90% qənaət edəcək. “Yara Birkeland” adlı gəmi Norveçin “Yara” gübrə istehsalçısı şirkətinin və naviqasiya sistemləri üzrə ixtisaslaşmış “Kongsberg Gruppe” şirkətinin birgə layihəsi olacaq. Elektrik gəmisi o qədər də böyük olmayacaq, cəmi 100-150 konteynerdən ibarət olacaq.

6

“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin gələcəkdə də “Paint” qrafik redaktor funksiyasından yararlana biləcəklərini açıqlayıb. “Windows Store” əlavələr mağazasına köçürüləcək proqramı pulsuz yükləmək mümkün olacaq. Redaktor funksiyasının bir hissəsi bu ilin yazında “Windows 10” sistemində istifadəyə verilən həcmli modellərlə iş üzrə “Paint 3D” proqramına köçürüləcək. Qeyd edək ki, iyulun 24-də “Microsoft” korporasiyası ilk dəfə 1985-ci ildə təqdim edilən “Paint” qrafik redaktorunun dəstəklənməsini dayandıracağını bəyan edib. Payızda buraxılacaq növbəti “Windows 10 Fall Creators Update” proqram yenilənməsi siyahısında qrafik redaktor “köhnəlmiş” əlavələr siyahısına daxil edilib.

7

“YouTube” servisində sentyabrın 20-dən etibarən videoredaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyəti dayandırılacaq. Buna səbəb kimi onlardan istifadənin az olması göstərilir. Tamamlanmamış layihələrin itməməsi üçün “YouTube” onları qeyd olunan dəyişikliklər qüvvəyə minməmişdən əvvəl çap etməyi tövsiyə edir. Dəyişikliklər yüklənilmiş videoçarxlara şamil edilməyəcək. Videomenecerdə videoların redaktəsi və onlara effektlərin əlavə olunması davam edəcək. Yeni videoda çarx materialından istifadə üçün onu 720p piksel təsvir ölçüsündə “Google” arxivçisindən və ya “YouTube” saytından yükləmək mümkündür. Dəyişikliklər barədə ətraflı məlumatı servisin sorğu mərkəzindən əldə etmək olar.

8

Spinnerlər bütün dünyanı ələ keçirtdilər. Lakin görünür onların yaxın zamanda yeni rəqibi peyda olacaq. Söhbət, maqnit vasitəsilə fırlanan kiçik kürəciyə sahib Orbiter adlı cihazdan gedir. Orbiter, özündə kiçik fırlanan kürəciyi birləşdirən üzüyə bənzəyir. O bir növ spinneri xatırladır. Lakin spinnerdən fərqli olaraq o, mərkəzdə olan diyircəyin sayəsində, kiçik kürəcik isə maqnit sayəsində fırlanır. Bundan əlavə olaraq Orbiter-i, spinnerdən fərqləndirən daha bir özəllik isə onun müxtəlif tərzdə fırlanmasıdır. Bununla yanaşı həmin kürəciyi, cihazın mərkəzinə yerləşdirib fırlatmaq da olar. Spinnerləri müxtəlif qiymət göstəricilərinə görə tapmaq olar. Orbiter-in standart qiyməti isə 45$ təşkil edir. Bu cür yüksək qiymət göstəricisinə baxmayaraq bu layihə, IndieGoGo-da platformasında 10.000$ vəsait yığmağı bacardı. Əslində isə cihazın yaradıcıları insanlardan 4000$vəsait istəyirdilər.

Mercedes-in Bosch-la biryerdə hazırladığı  yeni sürücüsüz parking sistemi artıq sınaqdan keçirilir. Hal-hazırda Mercedes-in Almaniyadaki muzeyinin çoxmərtəbəli qarajında yoxlanılan sistem Vale xidmətlərinin sonunu gətirə bilər. Sensorlarla təchiz olunmuş qaraj və Mercedes-in parking tətbiqi ilə sinxron çalışan avtomobil istifadəçinin telefondaki “Park” düyməsinə toxunması ilə qarajdaki boş yeri axtarmağa və özü-özünü park etməyə başlayır. Bu sistemin ilk öncə Avropada daha sonra isə Şimali Amerikada istifadəyə verilməsi planlaşdırılır.

9

Çinin şərqində Tyanye gölündə batan insanların xilası üçün istifadə olunan ilk avtonom kater istifadəyə verilib. Kater “GPS” qəbuledicisi, kamera, eləcə də akustik və infraqırmızı ötürücülərlə təchiz edilib ki, bu da ona sahildən uzaqlaşan hərəkətdə olan hədəfləri izləməyə imkan verir. Buna əlavə olaraq suyun kənarında təxminən 20 infraqırmızı və optik ötürücü, habelə radioötürücülər quraşdırılıb. Bildirilir ki, sistem 70 hektarlıq göl sahəsini təhlükəsiz və təhlükəli ərazilərə bölməyə şərait yaradır. Pilotsuz kater təhlükəli zonalara düşən üzgüçülərə gölün təhlükəsiz hissəsinə qayıtmaları barədə xəbərdarlıq edir. Bundan başqa, dron-xilasedici sahilə yaxınlaşmaq üçün tutub durmağa imkan verən tutacaqlarla təchiz edilib.

10

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register