NDİ – 73% hesab edir ki, müşələrin əmək şərtləri təhlükəsiz deyil

111

NDI- ın sorğusuna əsasən, milli səviyyədə sorğulananların 73% hesab edir ki, müşələrin, fiziki olaraq çalışanların  əmək şərtləri təhlükəsiz deyil. 14% əksinə hesab edir ki, əmək  şərtləri müşələr üçün təhlükəsizdir, ancaq 13% bilmir təhlükəsizdir ya yox.

Tədqiqat çərçivəsində əmək hüquqları ilə bağlı başqa suallar da verildi. Məsələn, sorğulananların 66%hesab edir ki, əmək hüquqları özəl sektorda yaxşı müdafiə olunmayıb, ancaq 19% hesab edir ki, əksinə, əmək hüquqları özəl sektorda yaxşı müdafiə olunub.

Dövlət müəssisələrində əmək hüquqlarının müdafiəsinə gəldikdə isə, sorğulananların 48% hesab edir ki, əmək hüququ müdafiə olunmayıb, 33% hesab edir ki, müdafiə olunub.

NDİ maraqlanıb ki, vətəndaşlar məhkəmənin müstəqil olması haqda, sistem tərəfindən əmək hüquqları haqqında mübahisələri müzakirə etməsi ilə bağlı nə düşünürlər. Sorğulananların 46% hesab edir ki, belə mübahisələr olan halda məhkəmə vətəndaşa deyil,  işlə təmin edənə üstünlük verir. Ancaq 23% bu fikirlə razı deyil. 31% isə bilmir ki, məhkəmə belə vaxtlarda hansı prinsiplərlə qərar qəbul edirlər.

Tədqiqat CRRC cari ilin 18 iyunundan 19 iyul dövründə aparıb. 2261 bitmiş müsahibə.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register