Gənc Hüquqşünaslar Asossiyasiyası Marneulidə görüş keçirdi

photo 22

26 iyul tarixində Gürcüstanın Gənc Hüquqşünaslar Asossiyasiyası Marneuli Mulki Məşğulluq Mərkəzində 2016-cı ilin 12 sentyabr tarixində dövlət tərəfindən uşaq müdafiəsi haqqında qəbul edilən qətnamə haqqında əhaliyə məlumat verdi. Gənc hüquqşünaslar Asosiyasiyasının Rustavi ofisnin hüquqşünası Natia Kokiaşvili dövlət tərəfindən qəbul edilən qətmanələrin əhaliyə zamanında çatdırılmasının vacib olduğunu qeyd edir.

“Qeyd edilən qətnamə uşağa qarşı zorakılıq, zorakılığın işarələrinin qiymətləndirilməsi və zorakılığın aradan qaldırılması üçün çox vacibdir. Buna görə də biz qətnamədəki, qaydalar haqqında dəqiq subyektləri zamanında məlumatlandırmağa çalışırıq, ki onlar da öz huquqları və səlahiyyətləri haqqında məlumatlı olsunlar, ki uşağa və azyaşlıya qarşı zorakılığın göstəricisi azalsın və qətnamənin effektliliyi müəyyən edilsin”- Natia Kokiaşvili qeyd edir.
Görüşdə Marneulinin Demokrat Qadınlar Cəmiyyətinin direktoru Olqa Endeladze də iştirak edirdi, hansı ki, seminardan aldığı məlumatın təşkilatı üçün əhəmiyyətli olduğunu söylədi.
“Burada dəqiq hüquqi yeniliklər haqqında məlumatlar aldıq, şəxsən mənim təşkilatım üçün qeyd edilən məlumatlar yetərincə əhəmiyyətli idi. Düşünürəm ki, bu məlumatlandırma kampaniyası böyüməlidir və mütləq kəndlərdədə keçirilməlidir”- Olqa Endeladze qeyd edir.

Qeyd edək ki, Gənc Hüquqşünaslar Asossiyasiyası dövlət tərəfindən uşaq müdafiəsi sahəsində qəbul edilən qətnamə haqqında məlumatlandıcı görüşləri Kvemo-Kartli miqyasında keçirəcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register