Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 27.7.2017-ci il.

17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi 27 iyul 1612-ci ildə Osmanlı imperiyasının İstanbul şəhərində anadan olmuşdur. İrəvan və Bağdad fatehidir. IV-cü Murad İstanbulda Sultan I. Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yedikule (Yeddi qüllə) zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturan əmisi I. Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi olmuşdur.

1826-cı ilin 27 iyulunda Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş vermişdir. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.

1949-cı ilin 27 iyulunda dünyanın ilk reaktiv motorlu sərnişin təyyarəsi Havilland Cometdə ilk uçuşunu etdi. İlk kommersiya uçuşunu isə 1952-ci ilin may ayında baş tutmuşdur.

SSRİ şahmatçısı və qadınlar arasında 1950-ci ildən 1953-cü ilə qədər şahmat üzrə dünya çempionu Lüdmila Rudenko 1904-cü il iyunun 27-də anadan olmuşdur.

27 iyul 2002-ci ildə Ukraynada hava nümayişi əsnasında bir döyüş təyyarəsinin (Su-27) düşməsi nəticəsində tamaşaçılardan 77 insan dünyasını dəyişmişdir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register