Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Oukitel” şirkəti 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilən yeni mühafizəli smartfon nümayiş etdirib. “K10000 Max” adlanan model toza, suya və zərbələrə davamlı korpusa malikdir. Yeni qurğu 5,5 düym diaqonallı 1920х1080 piksel (Full HD) təsvir ölçülü ekranla təchiz edilib. Məlumata görə, smartfon 1,3 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6753” prosessoru əsasında yaradılıb. Operativ yaddaş 3 giqabayt, quraşdırılmış yaddaş 32 giqabayt təşkil edir. Ön və arxa kameraların təsvir ölçüsü müvafiq olaraq 13 və 8 meqapikselə bərabərdir. Bundan əlavə, barmaq izi skanerinə malik qurğu “LTE”, “Wi-Fi” (802.11a/b/g/n), “Bluetooth 4.0”, “GPS” və “GLONASS” modullarını dəstəkləyir. “K10000 Max” smartfonu “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. http://bax.tv/az-video/1444.html

 

Son vaxtlar bütün dünyada məşhurlaşan və “stress çarxı” kimi məşhurlaşan spinnerin rəqibi peyda olub. Maqnitli yeni əl qaceti “orbiter” adlanır. Yenilik dairədən və onun ətrafında fırlanan şardan ibarətdir. Onu gənclər və uşaqlar arasında populyarlaşdıran isə şarın dairə ətrafında müxtəlif cür fırlana bilməsidir. http://bax.tv/az-video/1453.html

 

“Kickstarter” saytında “ağıllı” üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir. “Orii” adlanan qurğu şəhadət barmağına taxılan və “bluetooth” vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür. Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman “Orii” istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq. Bundan başqa, üzük smartfondan istifadə etmədən “Siri” və “Google Now” səsli köməkçi funksiyalarının xidmətlərindən istifadəyə imkan verir. “iOS” və “Android” əməliyyat sistemləri üçün xüsusi “Orii” mobil əlavəsi vasitəsilə bildirişləri üzüyə yönəltmək (onlar barədə quraşdırılmış LED indikator xəbər verəcək) mümkün olacaq. Qurğunun avtonom iş vaxtı gözləmə rejimində 45 saat, danışıq rejimində təxminən 30 saat təşkil edir. Bildirilir ki, layihə üçün minimum 30 min dollar tələb olunsa da, artıq 135 min dollardan çox vəsait toplanıb. Kampaniya avqustun sonunadək davam edəcək. Sifarişçilər üçün ilk tədarüklər 2018-ci ilin fevralına planlaşdırılır. “Kickstarter” saytında üzüyün qiyməti 119 dollar təşkil edir. http://bax.tv/az-video/1470.html

 

“Kaspersky Laboratoriyası” bütün dünya üzrə pulsuz “Kaspersky Free” antivirusunu istifadəyə verib. Bu barədə şirkətin rəhbəri Yevgeni Kasperski öz bloqunda məlumat verib. Onun sözlərinə görə, pulsuz antivirus pullu versiyalarla rəqabət apara bilməz, çünki pullu versiyalarda əlavə funksiyalar mövcuddur. Qeyd olunur ki, yeni məhsul Rusiya, Ukrayna, Belarus, Çin, Danimarka, Norveç, İsveç, Finlandiya kimi ölkələrdə pilot layihə olaraq sınaqdan keçirilib.

1

Finlandiyanın “Nokia” şirkəti avqustun 16-da Londonda “Android” əməliyyat sistemli ilk smartfonunu təqdim edəcək. Onun 13 meqapiksel əsas kamerası və 5,3 düym displeyi olacaq. Yeni smartfon supermüasir “Qualcomm Snapdragon 835” və 64 Gb Flash-yaddaşa da malik olacaq. Modefikasiyasından asılı olaraq əməliyyat yaddaşı 4-6 Gb təşkil edəcək. Yeniliyin qiyməti hələlik açıqlanmır.

2

Yaponiyada “Tone Mobile” firması yalnız gündüz işləyən ağıllı telefon istehsal etdi. Şirkət səlahiyyətliləri, “Tone M17” adı verilən və ibtidai sinif şagirdlərinin ekrana baxma müddətini məhdudlaşdırmaq məqsədiylə yalnız gündüz saatlarında çalışan ağıllı telefonun gələn ay bazara çıxacağını bildiriblər. “Tone Mobile” tərəfindən istehsal edilən cihaz valideynlərin uşaqları ilə gün ərzində əlaqə qurmalarını təmin edəcək. Ancaq həddindən artıq istifadəsinə ilə əlaqədar kənar təsirləri ortadan qaldırılacaq. 1 avqust tarixindən etibarən 312 dollara satışa təqdim ediləcək. Ağıllı telefon 12 yaş və daha kiçik uşaq üçün saat 22.00-dən səhər 06.00′-a qədər avtomatik olaraq kilidlənəcək. Həmin telefon məktəblər də daxil, əvvəlcədən müəyyən yerlərə girərkən avtomatik olaraq kilidlənəcək və mesajlaşma tətbiqlərinə daxilolma məhdudlaşdırılacaq. Valideynlər telefonun istifadə edilməyəcəyi müddəti qısalda, hətta cihaz kilidinin tamamilə açılması kimi ayarları dəyişdirə biləcəklər.

3

İtaliya alimləri həcmi 50 mikronu (0.05 millimetr) keçməyən bakteriyalarla işləyən mühərrik ixtira ediblər. Mühərriki bağırsaq çöpləri işə salır. Bu elmi müəssisənin alimləri bakteriyaların suda üzmək bacarığından istifadə edərək, gen modifikasiyası vasitəsilə onu təkmilləşdiriblər. Birhüceyrəli orqanizmlər hərəkətdə olarkən asimmetrik formalı dişləri olan çarxı hərəkətə gətirir və dəqiqədə iki dövr edir. Alimlər işığın köməyi ilə bu prosesə nəzarət üsulunu aşkar ediblər və bu, elmdə əsl sıçrayışdır. Mikromühərrik işıq şüalarının təsiri altında fəaliyyətə başlayır və qaranlıqda dayanır. Layihənin rəhbəri, fizik Roberto Di Leonardo bildirib ki, bu, tezliklə “bakterial” mühərrikin işini avtomatlaşdırmağa imkan verəcək və onu kompüterə tabe edəcək. Bu ixtira müxtəlif sahələrin işinə töhfə verə bilər və onun, həmçinin tibb sahəsində geniş tətbiqi gözlənilir.

4

“Motorola” brendinin sahibi “Lenovo” şirkəti yeni qabaqcıl “Moto Z2 Force” smartfonunu rəsmən təqdim edib. “ShatterShield” texnologiyası üzrə zədələnmələrdən mühafizə olunan 5,5 düym diaqonallı “Quad HD” ekranı ilə təchiz edilən qurğu möhkəm metal korpusa malikdir. Bundan başqa, smartfonun əsas kamerası 12 meqapikselli rəngli və monoxrom modullardan ibarətdir. Sensorlu ön kamera isə 5 meqapikselli olmaqla işıqlandırıcı ilə təchiz edilib. Məlumata görə, “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Moto Z2 Force” smartfonu “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ yaddaş və “microSD” kartları ilə genişlənmə imkanına malik 64 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunub. Bundan əlavə, suyadavamlı yeni qurğu “TurboPower” sürətli enerji toplama funksiyası ilə 2730 milliamper/saat tutumlu akkumulyatora malikdir və 2 SİM kartdan istifadəni dəstəkləyir. Həmçinin smartfonda “USB Type-C” portu və barmaq izi skaneri quraşdırılıb. ABŞ-da ilkin qiyməti 720 dollar təşkil edən “Moto Z2 Force” smartfonunun satışlarına avqustun 10-dan başlanılması planlaşdırılır. Yayın sonunadək smartfonun digər ölkələrin bazarlarına da çıxarılması gözlənilir.

5

Yeni texnologiya məlumatların “SSD” disklərində saxlanma müddətini dəfələrlə artıracaq. Bərk cisimli “SSD” toplayıcıları geniş yayılmaqda davam edərək vaxtilə populyar olan “HDD” sərt disklərini sıxışdırır. Lakin buna baxmayaraq “SSD” disklərində istifadə edilən enerjidən asılı olmayan “NAND” yaddaş modulunun əsas problemi oxuma/yazma dövriyyəsinin sayının məhdud olmasındadır. Bununla əlaqədar olaraq Yaponiya tədqiqatçılar qrupu özündə məlumatların sıxılmasını və informasiyanın saxlanılmasının etibarlığını artıran texnologiyaları birləşdirən yeni üsul təqdim edib. Bu, “SSD” resursunu təxminən 2900 dəfə artırmağa imkan verəcək. Tədqiqatçılar qrupuna Çuo Universitetinin professoru Ken Takequçi rəhbərlik edir. Yeni metodun mahiyyəti xüsusi aparat-proqram kontrollerindən istifadə təşkil edir. Hazırda adətən diskin istismar müddətini uzatmaq üçün məlumatların sıxılması metodlarından istifadə edilir. Məsələn, onlardan ən geniş yayılmışı Haffman alqoritmidir. Alqoritm tez-tez istifadə olunan məlumatları qısa zəncir xətlərinə, tez-tez istifadə edilməyən informasiyanı uzun zəncir xətlərinə çevirir. Bu, oxuma/yazma dövriyyəsinə qənaət üçün edilib. Məlumata görə, Yaponiya alimləri isə iritutumlu məlumatlarla iş üçün bir qədər fərqli versiya təklif ediblər. Yuxarıda qeyd edilən üsula əlavə olaraq tez-tez təkrar olunan qısa zəncir xətləri yaddaşın daha etibarlı hissəsində, uzun zəncir xətləri nisbətən etibarsız hissəsində yazılır. Belə olan halda yaddaşın etibarlığı necə müəyyənləşdirilir? Daha etibarlı yaddaş 3 bit tutumlu xanada 8 mümkün rəqəmin 6 və ya 7 rəqəmindən istifadə edir. Beləliklə, yaddaş xanaları informasiyanı təkrar yazmadan daha çox məlumatdan istifadəyə imkan verir ki, bu da məlumat daşıyıcısının istismar müddətini artırmaqla yanaşı, informasiyanın daha etibarlı saxlanılmasını təmin edəcək. Tədqiqat zamanı müəyyən olunub ki, xanada 6 və ya 7 rəqəmli məlumatların bu üsulla saxlanılması səhvlərin yaranma ehtimalını 92 faiz azaldır.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register