“Vətəndaş büdcəsi” layihəsini bu il munisipolitet fərdi şəkildə həyata keçirir- İcra Başçısı ilə müsahibə

2

Vətəndaşların fəallığını nəzərdə tutan Vətəndaş  büdcəsinin planlaşdırması Artıq 3 ildir ki, Marneuli Munisipalitetində mövcuddur. İki il ərzində layihə QHT sahəsinin  dəstəyi ilə həyata keçirilirdi. Bu il isə Munisipolitet qeyd edilən layihəni fərdi şəkildə həyata keçirəcək. Məsələ ilə bağlı Marneuli Munisipolitetinin İcra Başcısı Merab Topçişviliyə üz tutduq və beynəlxalq təşkilatın yardımı olmadan öz imkanları ilə necə həyata keçirəcəklərini soruşduq. Eləcə də layihənin planlaşdırma və həyata keçirilmə prosesinin nə dərəcədə şəffaf olacağı ilə maraqlandıq.

“Layihəni davam etdirmək üçün mexanizmlərimiz var. Əlbəttə ki, biz iki ildir ki layihəni Polşa tərəfinin yardımı ilə həyata keçirirdik. Qeyri hökümət təşkilatları  başqa sahə və vahid Qafqaz  fəal şəkildə layihəyə qoşulmuşdu. Başdan bu layihəyə hər kəs qeyri real baxırdı. Gürcüstanda hətta Marneulidə belə bir işin həyata keçirilməsi hamıya cəfəngiyyat kimi görsənirdi “- Merab Topçişvili qeyd edir.

Merab Topçişvili Munisipolitetin beynəlxalq təşkilatın dəstəyi olmadan layihəni həyata keçirə biləcəyini deyir.

“Faktiki olaraq bu il biz beynəlxalq təşkilatın dəstəyi olmadan layihəyə start vermişik. Munisipolitetin əməkdaşları artıq hazırdırlar. Demək olar ki, bütün departamentlər layihəyə qoşulub. Ancaq əsasən layihə çərçivəsində əhali ilə əlaqə departamenti çalışır.”

İcra Başçısı layihənin gedişatı prosesində səhvlərin baş verməsinin gözlənilən olduğunu qeyd edir.

“Bu səhvlər gözlənilən idi. Hələ tender elan edib layihə həyata keçirilən zaman belə , hansısa səhvə yol verilə bilir. Təsəvvür edin bu vəziyyətdə həmişə layihə nədir bilməyən vətəndaşa layihə yazın deyilir. Bu əlbəttə ki, asan deyil. Buna görə də birinci və ikinci ildə də müəyyən səhvlər baş tutdu. Buna görə də burada bizim əməkdaşlarımız qoşulur və vətəndaşları məlumatlandırırlar. Qeyd edim ki, layihə seçiminə də biz qarışmırıq onu da vətəndaşların özləri edir. əməkdaşlar sadəcə layihədə yardıma ehtiyac olduğu təqdirdə işlərə qoşulurlar – Merab Topçişvili qeyd edir”.

Merab Topçişvili layihənin şəffaflığının məhz vətəndaşların fəallığı olduğunu deyir.

“Layihənin şəffaflığı elə məhz layihənin başladığı ilk gündən əhalinin fəallığı deməkdir. əlbəttə burada məlumatlandırma imkanaları da var və biz açıq şəkildə hər şeyi onlara çatdırırıq. Seçki və qiymətləndirmə də vətəndaşlar tərəfindən baş tutur. Gizli saxlanılan burada heçnə yoxdu- Merab Topçişvili qeyd edir”.

Merab Topçişvili bizimlə söhbət zamanı həyata keçirilməyən layihələrin qiymətləndirmə zamanı nöqsanları olduğunu gördük, ancaq qeyd edilən layihələrə ayrılan məbləğlərin başqa layihələr üçün sərf ediləcəyini söylədi.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register