Marneulidə GİPA-nın layihəsinin mükafatlandırma mərasimi baş tutdu
27 iyul tarixində Marneuli Munisipolitetinin İctimai Kitabxanasında GİPA-nın “Multimədəniyyətli regionlarda Multimedia qabiliyətləri” adlı layihəsinin mükafatlandırma tədbiri keçirildi. Eyni zamanda layihə iştirakçılarının sənədli film formatında olan yekun çalışmaları tədbir iştirakçılarına nümayiş olundu. Yekun çalışmalar arasından yer tutan finalçılara hədiyyələrdə təqdim olundu. Birinci yerin Sahibi Nihat Məmmədov öz təəssüratlarını bizimlə bölüşdü.
“Multimədəniyyətli regionlarda Multimedia qabiliyətləri ” layihəsinin meneceri Nino Maxviladze danışdı.
“Biz layihə çərçivəsində etnik olaraq qeyri-gürcü xalqının məskunlaşdığı regionlara gedirik. Layihənin məqsədi uşaqlara uğur qazanmaqları üçün bilik verməkdir. Bu gün elə məhz bizim də devizimiz odur ki, fərqi yoxdu sən harada yaşayırsan, əsas odur biliyin olsun və uğur qazanasan ki, səsini, hekayələrini, düşüncələrini dünyaya çatdıra biləsən. Bu gün ki, tədbirdə ən yaxşı 4 hekayənin müəlliflərini texnika ilə kamera, smartfonla mükafatlandırıq ki, onlara öz işlərini yerinə yetirmək üçün hər şey əl çatan olsun və imkanları yetərli şəkildə olsun”- Nino Maxviladze qeyd edir.”
Nino Maxviladzenin dediyinə görə layihə cari ilin noyabrında başlayıb və ilk mərhələdə iştiraskçılara hadisəni foto aparatla təsvir etməyi oyrədirdilər, iştirakçıların rəsmlərinin sərgisi isə Marneulidə baş tutmuşdu və orada da ən yaxşı müsabiqələr mükafatlandırılmışdı. O eləcə də layihənin davam edəcəyini, Sentyabr ayından etibarən iştirakçılara sosial mediadakı platformalar haqqında dəsrlər keçəcəklərini qeyd etdi.
Şəlalə Əmircanova516 Posts
0 Comments