Merlər öz müavinlərini təkbaşına təyin edə bilməyəcəklər – qanunvericilikdə dəyişikliklər

par

Parlamentdə təşəbbüsü irəli sürülmüş qanunvericilikdəki dəyişikliklərə əsasən, munisipolitetlərin merləri şəxsi müavinlərini sakrebulonun razılığı olmadan təyin edə bilməyəcəklər – merin müavini namizədliyini sakrebulonun tam tərkibinin ən azı 1/3-ü dəstəkləməlidir.

Yerli özünüidarəetmə məcəlləsinə daxil olunmalı bu dəyişikliklərin təşəbbüskarları Parlamentin regional siyasəti və özünüidarəetmə komitəsinin sədri, Qriqol Liluaşvili və həmin komitənin üzvü – Paata Mxeidzedir.

Müvafiq qanuni dəyişikliklər layihəsini Parlamentin bürosu artıq qeydiyyatdan keçirib, Komitə dinləmələri isə güman ki, sentyabrda baş tutacaq.

Layihəyə əsasən, dəyişiklik məcəllənin 57-ci maddəsində həyata keçirilir və merin birinci müavini və müavinlərin təyin olunma qaydası ətraflı yazılacaq. Layihəyə əsasən, merin birinci müavini və müavinlərini sakrebulonun razılığı ilə vəzifəyə mer təyin edəcək, ancaq, müavinin azad olunması məsələsini mer həll edəcək:

“1. Merin birinci müavini və müavinləri var.

2. Merin birinci müavinini və müavinlərini sakrebulonun razılığı ilə vəzifəyə mer təyin edir. Merin birinci müavini və müavinlərini vəzifədən azad edilməsi məsələsini mer həll edir.

3. Merin birinci müavininin və müavinlərinin vəzifəyə təyin olunmasına razılığı sakrebulo iclasında iştirak edənlərin çoxluğunun, amma sakrebulonun tam tərkibinin üçdən birinin dəstəyi ilə, sakrebulo bildirir. Sakrebulonun razılığının alınmaması halında merin səlahiyyəti çatır ki, 10 gün müddət ərzində eyni və ya yeni 6 namizəd təqdim etsin. Əgər sakrebulo yenə razılıq verməzsə, merin səlahiyyəti çatır ki, 3 aydan çox olmayan müddətə merin birinci müavini və müavinlərin öhdəliyini yerinə yetirənləri təyin etsin.

4. Əgər sakrebulo bu maddənin 3-cü bəndi ilə müəyyən olunmuş prosedürlərlə merə onun birinci müavinini və ya müavinlərini təyin etməyə razılıq verməzsə, mer məcburdur ki, gələn 3 ay müddətində sakrebuloya merin birinci müavini/müavinin yeni namizədliyini təqdim etsin. Belə halda bu maddənin 3-cü bəndi ilə müəyyən olunmuş qayda qüvvədə olur. Sakrebulonun razılığının alınmaması halında merin birinci müavininin/müavininin öhdəliyini yerinə yetirən şəxs olaraq, bu maddənin 3-cü bəndinə əsasən bir dəfə artıq merin birinci maüavini/müavini öhdəliyini yerinə yetirmiş şəxsin təyin olunması yolverilməzdir.

5. Bu maddənin 3-cü və 4-cü bəndi ilə müəyyən edilmiş prosedürlər merin birinci müavininin və müavinlərinin təyin olunmasına qədər davam edir,” – qanunlayihədə oxuyuruq.

Mənbə: Netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register