Marneulidə C hepatitin təmənnasız aksiyası həyata keçirilir

c-hepatiiti

Iyulun 28-də Dünya Səhiyyə Təşkilatı hepatit ilə mübarizə gününü qeyd edir. Bu günü qeyd etməkdə məqsəd viruslu hepatitlər və bu virusdan əmələ gələn xəstəliklər barədə əhaliyə məlumat verməkdir.

Bu mövzu ilə əlaqədar Marneuli Bələdiyyəsində C hepatit üzrə pulsuz skrininq təşkil olundu. Yəni vətəndaşlar C hepatit virusunun daşıyıcısı olub olmadıqlarını testdən keçirildi. Tədbiri Marneulidə “Xəstəliklərə nəzarət və ictimai səhiyyə mərkəzi” təşkil etdi. Bu haqqda “Xəstəliklərə nəzarət və ictimai səhiyyə mərkəzi”nin direktoru Eter Laperadze məlumat verdi. Bildirdi ki, C hepatiti üzrə aksiya təmanasız həyata keçirilir.

“Bizim Marneulidə ki, bu aksiyamız müsbət qarşılandı. İki saatdır ki, aksiya başlayıb artıq  65 nəfərədək  alizdən keçdi. Burada risk qrupları çalışır. Risk qrupu olaraq həkimlər sayılırlar. Hansılar ki, vətəndaşlara xidmət edirlər.  Vətəndaşların bir çoxu ambulatoriyada yoxlanmağa getdikləri zaman məlumat alıblar, aksiya haqqında və yollanıblar buraya. Vətəndaşların dövlət proqramına təmənnasız qoşullması mövcuddur artıq. Ilk analizlər birgə yüksək saviyyəli xəstəliyin medikamentləridə təmmənasızdır vətəndaşlara. Dövlətdə eləcədə c hepatitinin eliminasiya proqramıda mövcuddur. Bu o deməkdir c hepatitis tamami ilə  aradan qaldırılmalıdır”.

Aksiya iştirakçıları oxşar tədbirlərin keçirilməsini müsbət dəyərləndirdilər.

“Çox yaxşı aksiyadır. Erkən mərhələdə viruslananlar müəyyən olunur. Mən aksiyanın iştirakçlarından biriyəm və aksiyadan razıyam”.

Aksiya Geo Hospitalın Marneulidəki xəstəxanasında, Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətinin binasında və Aversi klinikasının tibb mərkəzində baş tutdu.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register