Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

İnternet nəhəngi “Google”ın Londonda inşa edəcəyi yeni binasının şəkilləri yayımlanıb. 92 milyard dollar nağd rezervi olan “Google”ın yeni binası 1 milyard sterlinqə başa gələcək. Bina Londonun ən qiymətli bölgələrindən biri olan “Kings Cross”da inşa ediləcək. 7 min nəfər   “Google” işçisinə ev sahibliyi edəcək bina 11 mərtəbəli olacaq. Layihənin 2018-ci ildə istifadəyə verilməsi gözlənilir. Onu da qeyd edək ki, binada teatr, idman salonu və üzmə hovuzu, yatmaq üçün otaqlar olacaq. http://bax.tv/az-video/1487.html

 

“Google” şirkəti axtarış nəticələrini axtarış sorğusunu yazmağa başlayarkən göstərən texnologiyadan imtina edəcək. Şirkət hələ axtarış sorğusunu yazmağa başlayarkən nəticələri dərhal göstərən “İnstant” texnologiyasından vaz keçmək qərarına gəlib. Bu barədə “Google” nümayəndəsi “Search Engine Land” nəşrinə açıqlamasında deyib. Texnologiya 2010-cu istifadəyə verilib. “Google” o zaman axtarış prosesində fundamental dəyişiklik adlandırıb. Şirkət nümayəndəsinin sözlərinə görə, “İnstant” ona görə işlənib hazırlanıb ki, istifadəçiyə mümkün qədər tez müddətdə lazımi nəticələr təqdim olunsun. Lakin bu texnologiya masaüstü cihazlar üçün nəzərdə tutulmuşdu. “O vaxtdan bəri ən müxtəlif mobil cihazlardan axtarış sorğuları verilir. Bunu diqqətə alaraq biz “İnstant”ı ləğv edərək axtarışı bütün cihazlarda daha sürətli etməyə qərar verdik”, – deyə “Google” təmsilçisi söyləyib. Bundan sonra axtarış sistemi axtarış nəticələrini o vaxt yükləməyə başlayacaq ki, onlar təqdim olunan sorğu variantlarından birini seçib, onu daxil etsinlər.

1

“USB” interfeysinin 22 il əvvəl buraxılmasına baxmayaraq, mütəxəssislər texnologiyanı inkişaf etdirməkdə davam edirlər. Son yeniliklərdən biri – “USB Type-C” interfeysi iş zamanı ikitərəfli çıxış sayəsində sürəti yüksəltmək və rahatlığı artırmaq məqsədi daşıyıb. Lakin bir sıra istifadəçilər indiyədək bu formatı dəstəkləyən interfeysə malik deyil və “USB 2.0” və “USB 3.0” ilə kifayətlənirlər. Bu dəfə isə “USB 3.0 Promoter Group” təşkilatı məlumatları daha sürətli ötürməsi ilə fərqlənən “USB 3.2” standartını nümayiş etdirib. Texnologiya “USB Type-C” interfeysində informasiya mübadiləsi üçün bir neçə xətt üzrə ötürmə imkanlarından istifadə edir və saniyədə 20 qiqabit sürəti dəstəkləyir. Xatırladaq ki, əvvəlki nəsil “USB 3.1” (Gen 2) interfeysinin sürəti 10 Qbit/saniyə təşkil edib. Məlumata görə, mütəxəssislər texnologiya üzərində işi davam etdirərək onu bu ilin sonunda rəsmən təqdim etməyi planlaşdırırlar. Əvvəllər olduğu kimi, maksimal sürətə uyğunluq təşkil edən avadanlıqlarsız nail olmaq qeyri-mümkün olacaq. “USB 3.2” standartını dəstəkləyən ilk  qurğu və aksessuarların 2018-ci ildə təqdim ediləcəyi gözlənilir. http://bax.tv/az-video/1490.html

 

“WhatsApp” aktiv istifadəçi sayını açıqladı. Açıqlanan son məlumatlara görə, “WhatsApp’ın günlük 1 milyard istifadəçisi var. Aylıq rəqəmə baxdığımızda isə bu rəqəm 1.3 milyarda qədər çıxır. “WhatsApp” üzərindən gündəlik 55 milyard mesaj, 4.5 milyard fotoşəkil və 1 milyard video göndərilir. 60 fərqli dili dəstəkləyən “WhatsApp” yaxın günlərdə daha bir neçə yeni funksiyanı dəstəkləyəcək. Belə ki, “WhatsApp”yaxın zamanlardagöndərilən mesajı geri qaytarma, fotoşəkil içərisində fotoşəkil göstərmə və “YouTube” videolarını birbaşa platforma vasitəsilə idarə etmək kimi yeni funksiyalara sahib olacaq.

2

“Google” şirkəti axtarış nəticələrini axtarış sorğusunu yazmağa başlayarkən göstərən texnologiyadan imtina edəcək. Şirkət hələ axtarış sorğusunu yazmağa başlayarkən nəticələri dərhal göstərən “İnstant” texnologiyasından vaz keçmək qərarına gəlib. Bu barədə “Google” nümayəndəsi “Search Engine Land” nəşrinə açıqlamasında deyib. Texnologiya 2010-cu istifadəyə verilib. “Google” o zaman bunu axtarış prosesində fundamental dəyişiklik adlandırıb. Şirkət nümayəndəsinin sözlərinə görə, “İnstant” ona görə işlənib hazırlanıb ki, istifadəçiyə mümkün qədər tez müddətdə lazımi nəticələr təqdim olunsun. Lakin bu texnologiya masaüstü cihazlar üçün nəzərdə tutulmuşdu. “O vaxtdan bəri ən müxtəlif mobil cihazlardan axtarış sorğuları verilir. Bunu diqqətə alaraq biz “İnstant”ı ləğv edərək axtarışı bütün cihazlarda daha sürətli etməyə qərar verdik”, – deyə “Google” təmsilçisi söyləyib. Bundan sonra axtarış sistemi axtarış nəticələrini o vaxt yükləməyə başlayacaq ki, onlar təqdim olunan sorğu variantlarından birini seçib, onu daxil etsinlər.

3

ABŞ-ın Patentlyapple patent servisində “Samsung” şirkəti, yeni cihazının patentini qeydiyyatdan keçirdib. Yeni cihazın qeyri-adiliyi ondan ibarətdir ki, o, banan formasındadır. Patent fotosunda banan formasında olan cihazın heç bir texniki göstəricisi yoxdur. Fotonun yanında olan yeganə yazı isə budur: “Casuslar üçün dünyada ilk dəfə yeyilməsi mümkün olan telefon”. Bu cümlə çox fantastik və bir o qədər də qarışıq təsəvvürlər yaradır. Fotoda görünür ki, banan formalı cihazın üzərində düymələr mövcuddur. Bu isə o deməkdir ki, onun vasitəsilə zəng etmək, zəng qəbul etmək və ismarıc göndərmək mümkün olacaq. Cihazın qalan texniki özəllikləri barəsində isə sadəcə olaraq təsəvvürlər qurmaq olar. Qeyd etmək lazımdır ki, bu ilin May ayında IndieGoGo platformasında Banana Phone adlı layihə üçün vəsait yığılırdı. Xarici görünüşcə o, banana bənzəyirdi. Həmin layihənin yaradıcıları lazımi vəsaiti yığmışdılar. Buna görə də Banana Phone bu ilin Sentyabr ayında 40$ qiymətində satışa çıxacaq.

4

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register