Marneulidə zorakılıq qurbanı olan qadınlar üçün “Krizis Mərkəzi” açıla bilər

photo 4

BMT-nin qadın təşkilatı Avropa İttifaqının maddi dəstəyi ilə layihəyə başlayıb. Layihə “Gürcüstanda qadına qarşı zorakılığa birgə qalib gələk” adlanır. Layihə regionlarda krizis mərkəzlərin açılışını nəzərdə tutur. Layihənin məqsədləri haqqında bizimlə layihənin meneceri Tamar Vaşakidze danışdı.

“Layihə “Gürcüstanda qadına qarşı zorakılığa birgə qalib gələk” adlanır. Bizim məqsədimizdə olan regionlardan biri Kvemo Kartlidir. Bugün məhz buna görə buradayıq. İcra hakimiyyəti nümayəndələri, QHT-lə görüşək və əməkdaşlığımız, gələcək addımlarımız haqqında söhbət edək”.

Məqsədli regionlar arasında Kvmo Kartli də var, bununla əlaqədar “Gürcüstanda qadına qarşı zorakılığa birgə qalib gələk” layihəsinin nümayəndələri 28 iyul tarixində Marneuli Munisipolitetinin icra başçısı, qadın otağının nümayəndələri və gender mütəxəssisləri ilə görüşdülər. Marneulinin icra başçısı Merab Topçişvilinin sözlərinə görə munisipolitet təşkilatlara bu layihəni həyata keçirməkdə kömək etməyə hazırdır.

“Marneulidə qadınlar üçün mərkəzin açılması haqqında söhbət gedir. Bundan dolayı hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı təşəbbüsü yaxşıdır. Biz buna qoşulmağa hazırıq və alıqşlayırıq”.

BMT-nin qadın təşkilatı bütün dünya miqyasında gender bərabərliyi və qadın hüquqlarının gücləndirilməsi istiqamətində çalışır.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register