Ət, su, süd – qurğuşun tərkibi icazə verilən miqdardan çox olan məhsullar

et

momkhmarebeli.ge layihəsi Ərzaq Mühafizəsi Agentliyinin qurğuşun tərkibini yoxladığı məhsulların siyahısını yayımlayıb. Məlum olub ki, qurğuşunun icazə verilən miqdardan çoxu nəinki ədvalarda, hətta ətdə, süddə, fındıq və içməli suda da aşkarlanıb. Məhsullar 2015-2017-ci illərdə yoxlanılıb.

Nyu-Yorkun Səhiyyə Departamenti əhaliyə xəbərdarlıq məktubu göndərib ki, yüksək qurğuşun tərkibi olduğuna görə gürcü ədviyyatlarından istifadə etməsinlər. Gürcü istifadəçisinin bir hissəsi üçün bu gözlənilməz məlumat idi. On.ge tərəfindən bu məlumatın yayımlanmasından sonra, Ərzaq Mühafizəsi Agentliyi tədqiqat aparıb və məlum olub ki, 25 seçilmiş nümunədən dördü qurğuşun tərkibi daşıyırmış.

Pediatr Maka Lomidze deyir ki, qurğuşunla intoksikasiya yeniyetmələrdə və ya böyük yaşda olan uşaqlarda hansısa xüsusi işarələrlə seçilmir.

“Mühiti, qidaları, hər şeyi öyrənməli və müəyyən etməlisən ki, pasientin harada əlaqəsi var və bunu  aradan qaldırmalısan. Zamanla, bu əlaqələrərin dayandırılmasından sonra, qurğuşunun miqdarı orqanizmdə azalır. Bizim vəziyyətimizdə bu faktiki olaraq, mümkün deyil. Çünki heç kimin evinə gedə bilmərəm və getsəm də nə ilə müayinə edim? Bizdə, faktiki olaraq, bu nümayəndəlik məsələsidir,” – deyir pediatr.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register