Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” korporasiyası “iPod nano” və “iPod shuffle” audiopleyerlərinin istehsalını dayandırıb. Şirkət saytında bu məhsulların səhifəsinə olan istinadlar istifadəçiləri əsas səhifəyə yönləndirir. Hələ ki məhsullar mağazalardan yığışdırılmayacaq. Şirkət 32 və 128 Gb yaddaşa malik “iPod touch” pleyerlərini buraxmağa davam edəcək. Bu cihazların qiyməti müvafiq olaraq 199 və 299 dollara qədər endirilib.

1

Çinin “Meizu” şirkəti “7 Pro” və “7 Pro Plus” smartfon modellərini təqdim edib. Qiyməti 430 dollardan başlayan qacetlər avqustun 5-dən satışa çıxarılacaq. Yeni smartfonların iki kamerası və displeyi var. Rəngli əlavə ekran arxa qapaqda – iki kameranın aşağısında yerləşdirilib. 1,91 düym diaqonalı olan əlavə ekran ayın tarixini və saatı, bildirişləri, hava proqnozunu, həmçinin əsas kamera ilə selfi edən istifadəçinin üzünü göstərəcək. “7 Pro”nun 5,2 düymlük displeyi, 4 Gb əməliyyat yaddaşı və 64 Gb daxili yaddaşı olacaq. “7 Pro Plus”da bu göstəricilər müvafiq olaraq 5,7 düym, 6 Gb və 128 Gb-dır.

2

UMIDIGI şirkəti yazda təqdim etdiyi “Crystal” smartfonunu gələn ay satışa çıxaracaq. Ən ucuz çərçivəsiz smartfon avqustun 15-də piştaxtalarda olacaq. “Crystal”ın qiyməti 100 dollar təşkil edəcək. Hələlik yalnız o məlumdur ki, şüşə korpusdan ibarət smartfonun iki modullu kamerası və “Sharp”ın istehsalı olan üç tərəfdən çərçivəsiz olan “Full HD” displeyi olacaq. Qacetin digər xüsusiyyətləri isə avqustun 7-də açıqlanacaq.

3

ABŞ şirkəti bəyan edib ki, öz işçilərini “kiborqlara” çevirəcək. Şirkətin əməkdaşlarının dərilərinin altına mikorçiplər yeridiləcək. Mikroçiplər elektron açar-kartları əvəz edəcək və işçilərin avadanlıqlardan istifadəsi asanlaşacaq. Şirkətin rəhbərliyndən qeyd ediblər ki, bu addıma onları İsveçin dərialtı çiplər firmasının prezidenti ilhamlandırıb. http://bax.tv/az-video/1529.html

 

ABŞ-ın “Apple” korporasiyası özünün hazırladığı 5G texnologiyasının sınaqlarına başlayacaq. Bunun üçün ABŞ-ın Rabitə üzrə federal dövlət komissiyasından icazə alınıb. “Google”, “Facebook” və “Samsung” kimi iri şirkətlər də özlərinin 5G texnologiyalarını test edirlər. İlk şəbəkələr 2019-2020-ci illərdə ortaya çıxmalıdır.  “AT&T и Verizon”un da 5G şəbəkəsi yaratmaq cəhdləri məlumdur. “Apple”ın şəbəkəsi digərlərindən fərqlənəcək, çünki şirkət dalğaların uzunluğunu kiçiltmək, tezliyini isə artırmaq fikrindədir. Test üçün ilk meydançaların gələn ilin avqustuna qədər şirkətin Kaliforniyadakı ofisinin yanında yaradılacağı bildirilir.

4

Çinin “Huawei” şirkəti “Apple” şirkətinin “iPhone 8” smartfonuna rəqib hazırlayır. “Mate 10” adlanacaq yenilik “iPhone 8”-lə təxminən eyni vaxtda təqdim olunacaq. “Huawei” rəsmisi Riçard Yu bəyan edib ki, “Mate 10” “iPhone 8”-dən daha güclü olacaq. “Huawei”in yeni flaqmanı fotoların keyfiyyəti və enerji ilə daha tez dolma qabiliyyəti ilə də seçiləcək.

5

“Space X”şirkəti bu lin noyabrında “Falcon Heavy” ağır raketinin ilk buraxılışını həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətin rəhbəri İlon Mask özünün “İnstagram” səhifəsində yazıb. “Noyabrda “Falcon Heavy”in nümayiş uçuşu olacaq”, – deyə o, bildirib. Xatırladaq ki, daha əvvəl şirkət Aya adi turistlərin göndərilməsi planından bəhs etmişdi. Uçuş “Dragon2” (Crew Dragon) gəmisində gerçəkləşəcək, gəmini kosmosa “Falcon Heavy” daşıyıcı raketi aparmalıdır. Bu raketin Mars missiyasında istifadəsi də nəzərdə tutulub. İ. Mask onu da deyib ki, sınaq uçuşu zamanı raketin partlaması ehtimalı var.

6

“Barmaq izi oxucusu”nu (“Touch ID”) mobil platformaya iPhone 5s ilə ilk dəfə daşıyan Apple indi də “Touch ID”nin istifadə sahələrini genişləndirir. Applenin online mağazası olan Apple Store yeniləmə ilə 4.3 versiyaya qovuşdu. Apple Store 4.3 versiya ilə gələn yenilik “Touch ID”ni şifre yerinə tez-tez istifadə edənləri sevindirəcək. Sifarişlərinizin ödəməsini etibarlı və rahat şəkildə həyata keçirmək və hesab ayarlarınızı dəyişdirmək üçün artıq “Touch ID”ni istifadə edə bilərsiniz. Bu xüsusiyyəti istifadə etmək üçün iPhone 5s və sonrakı iPhone modelinə sahib olmanız lazım.

7

“WhatsApp” yeni bir funksiyanı test edir. Bu funksiya sayəsində istifadəçilər artıq proqramı açmadanmesajlaşma əməliyyatını asanca həyata keçirə biləcəklər. WhatsApp istifadəçiləri mesajlaşırkən və ya fotoşəkil göndərərkən proqrama daxil olmaları lazım idi. Ancaq yeni funksiyaya görə, istifadəçilər fotoşəkil göndərmək istədiyində proqramı açmadan birbaşa “fotoşəkil çəkmə” xüsusiyyətindən istifadə edə biləcək. Ya da tez-tez danışılan şəxslər, ailələr və əhəmiyyətli kəsləri “ulduzlu mesajlar” kateqoriyasında yığaraq yenə proqramı açmadan daha sürətli mesaj yollaya biləcəklər. Test mərhələsində olan funksiyanın nə zaman təqdim ediləcəyi isə hələlik bilinmir.

8

“Lenovo” uzun müddətdir maraqla gözlənilən yeni smartfonu Lenovo K8 Note üçün təqdimat tarixini açıqladı.Lenovo K8 Note-un sosial media hesablarından edilən açıqlama ilə birlikdə, uzun müddətdir haqqında sızıntılar yaşanan və maraqla gözlənilən smartfon-un 9 avqust tarixində Hindistanda keçiriləcək tədbirdə təqdim ediləcəyi  ifadə edildi. Uzun müddətdir sosial media da #KillerNote hashtag-iylə müxtəlif kampaniyalar təşkil edilir və smartfon haqqında kiçik məlumatlar verilirdi. Görünüşə görə təxminən 10 gün sonra Lenovo K8 Note haqqında hər şeyi öyrənmək mümkün olacaq. K6 Note modelinin davamı olaraq bazara çıxarılacaq olan K8 Note modelində MediaTek MT6797 və 4 GB yaddaş sahəsi olacağı iddia edilir. K8 Note üçün çox yüksək bir gözlənti içində olmamaq lazımdır çünki cihaz yaxşı təchizata sahib ucuz bir smartfon olmağı hədəfləyir. K8 Note haqqında hələlik bütün bildiklərimiz bunlardır amma yaxın zamanda təqdimat tarixi də yaxınlaşdıqca bir çox sızıntının yaşanacağından əminik.

9

“YouTube” servisində sentyabrın 20-dən etibarən video redaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyəti dayandırılacaq. Buna səbəb kimi onlardan istifadənin az olması göstərilir. Tamamlanmamış layihələrin itməməsi üçün “YouTube” onları qeyd olunan dəyişikliklər qüvvəyə minməmişdən əvvəl çap etməyi tövsiyə edir. Dəyişikliklər yüklənilmiş videoçarxlara şamil edilməyəcək. Məlumata görə, video menecerində videoların redaktəsi və onlara effektlərin əlavə olunması davam edəcək. Yeni videoda çarx materialından istifadə üçün onu 720p piksel təsvir ölçüsündə “Google” arxivçisindən və ya “YouTube” saytından yükləmək mümkündür. Dəyişikliklər barədə ətraflı məlumatı servisin sorğu mərkəzindən əldə etmək olar.

10

Cənubi Koreyanın “Samsung” şirkəti özünün simsiz qulaqcıqlarının tərtibatına başlayıb. Bu, “Apple” şirkətinin ötən il təqdim etdiyi “Airpods”lara rəqib olacaq. “Samsung”un Bluetooth-qulaqcıqları “Bixby” səsli köməkçisini dəstələyəcək. Yeniliyin təqdimatı “Galaxy Note 8″lə eyni gündə – avqustun 23-də olacaq.

11

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register