Qori küçələrindən birində yeni doğulmuş körpə tapılıb
Qori şəhərində yeni doğulmuş uşaq tapılıb. Körpə küçələrdən birində, kağıza bükülmüş vəziyyətdə olub və onu xəstəxanaya yerləşdiriblər.
Daxili İşlər Nazirliyindən “İnterpressnews.ge”-yə bildirilən məlumata görə, cinayət məcəlləsinin 127-ci maddəsi ilə istintaq gedir. Maddə yaşamın təhlükəli vəziyyətə salınmasını nəzərdə tutur.
Yeni doğulmuş körpənin sağlamlıq vəziyyəti stabildir.
Mənbə: interpressnews.ge
0 Comments