Mixeil Canelidze: “Gürcüstan və Amerikanın gələcəkdə daha ambisiyalı planları var

Canelidze1

“Amerika ilə ikitərəfli əlaqələrdə 2017-ci il müəyyən tarixi mərhələni əks etdirir. Biz birgə çox uğurlara nail olduq, ancaq gələcəkdə daha ambisiyalı planlarımız var ki, bütün istiqamətlərdə bizim tərəfdaşlığımızı daha da inkişaf etdirməliyik”, – Bu haqda Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidze bugün baş tutan konfransda bildirib.

Onun sözlərinə görə, Amerika ilə iqtisadi istiqamətdə tərəfdaşlığın daha da möhkəmlənməsi vacibdir və bu baxımdan mövcud olan potensial tam istifadə olunmalıdır.

“Amrika kompaniyalarının Gürcüstanla maraqlanması alqışlanmalıdır və regional miqyasda infrastrukturla bağlı gedən layihələr böyüyür. Amerika Gürcüstanda ən böyük investorlardan biridir. 2017-ci il Amerika ilə münasibətlərdə tarixi mərhələdir, çünki, diplomatik münasibətlərin 25 ili tamam olur. Vitse-Prezidentin səfəri zamanı məhz sonrakı mərhələ və gələcəkdə birgə addımlar haqqında müzakirələr olacaq”, – deyə nazir bildirib.

Mənbə: Kvira.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register