Ilkin yardım haqqında məlumat xarakterli görüş keçirildi

photo 5

31 iyul tarixində Marneuli Mulki Məşğulluq Mərkəzində ilkin yardım haqqında məlumat xarakterli görüş keçirildi. Görüşü Mülki Məşğulluq Mərkəzi təşkil etmişdir. Görüşə “Qızıl Xaç”ın Marneuli filyalının ilkin yardım təlimçisi dəvət olunmuşdur. Görüş haqqında Mülki Məşğulluq Mərkəzində təcrübə keçən Tamar Xaraişvili bizə məlumat verdi.

“Bu gün “Qızıl Xaç”ın Marneuli filyalının istiqamətlərindən biri haqqında məlumat xarakterli görüş keçiririk. Bu gündəlik həyatda çox vacib olan ilkin yardımdır. Biz bununla bağlı “Qızıl Xaç”la əməkdaşlıq edirik və qərara aldıq ki, bu barədə görüş keçirək. İlkin yardım üzrə təlimçi dəvət etdik və bu gün birlikdə gəclər və bütün maraqlanan şəxslər üçün birgə görüş keçirdik”.

“Qızıl Xaç”ın Marneuli filyalının ilkin yardım təlimçisi Sandro Şukvani görüçün mövzusu haqqında məlumat verdi.

“Bu gün biz ilkin yardım mövzularını müzakirə edəcəyik ki, bura da ilkin yardım alqoritmi, düzgün mövqe, yaralanma zamanı necə hərəkət etmək, nəfəs yollarına kənar cisim düşdükdə, qanaxma, ürək getməsi, zədələr, zəhərlənmə və yanıq zamanı necə hərəkət etmək, bu hallarda həyatı xilas etmək üçün insanın nə etməli olduğu daxildir”.

Görüşün iştirakçısı Ana Urasova seminarla bağlı təsuratlarını bizimlə bölüşdü.

“Çoxlu əhəmiyyətli məlumatlar aldım və fikirimcə əgər kiməsə ilkin yardım lazım olsa, görüşdə iştirak edən şəxslərin hamısının hansısa elementar məsələ ilə bağlı kömək etmək arzusu olar”.

Görüşdə “Qızıl Xaç”ın Marneuli filyalının könülləri yerli sakinlər, gənclər və maraqlanan şəxslər iştirak edirdilər.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register