ABŞ-ın Vitse-Prezidentinin səfəri ilə əlaqədar Tbilisi küçələrində müəyyən məhdudiyyətlər olacaq
Amerika Birləşmiş Ştatlarının Vitse-Prezidenti Maykl Pensinin Gürcüstana səfəri ilə əlaqədar, Tbilisi küçələrində DİN-in Patrul Polis Departamenti tərəfindən təyin olunmuş müəyyən məhdudiyyətlər qüvvədə olacaq.
Daxili İşlər Nazirliyinin bəyənatında xüsusən qeyd olunub ki, 1 avqust tarixində saat 17:00 kimi Canturia küçəsində avtomobillə hərəkət etmək qadağandır; Eləcə də 1 avqust saat 16:00 kimi Rustaveli prospekti bağlı olacaq.
Mənbə: interpressnews.ge
0 Comments