Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Eurosport”, “Discovery Channel”, “Animal Planet”, “Sci” kimi bir çox televiziya kanalını özündə birləşdirən “Discovery Communications” “Scripps Networks’”  ilə 14.6 milyard dollar nağd və hissə dəyəri məbləğində razılama əldə edib. Beləliklə, “Discovery Communications” “Scripps Networks”ü satın alıb. Qeyd edək ki, satınalma prosesinin 2018-ci ilin ilk aylarında tamamlanması gözlənilir. “Scripps Networks” keçən il 3 milyard dollar civarında gəlir əldə edib. Şirkətin xalis borcu isə 2.7 milyard dollar olub. Qrupun kanalları arasında “Travel Channel”, “Food Network”, “DIY”, “Cooking Channel”, “TVN” kimi tanınmış kanallar var.

1

“Microsoft” şirkəti “Microsoft Hyper-V” proqramında boşluq tapacaq şəxslərə 250 min dollar məbləğində pul mükafatı təyin edib. Pul kodun uzaqdan müdaxilə ilə icra edilməsi (RCE), ID məlumatların açıqlanması və xidmət göstərilməsindən imtina (DOS) müqabilində ödənilir. “Windows 10”-da səhv tapan hakerlər 200 min dollar mükafata ümid edə bilərlər. Şirkət daxilində qüsurlar barədə məlumat verən hər bir şəxs də ümumi məbləğin 10 faizi həcmində bonus alacaq. Ancaq bir şərtlə ki, bu qüsurlar ictimaiyyətə açıqlanmayacaq.

2

Yaponiyanın “Interstellar Technologies Inc.” şirkəti ilk özəl raketin buraxılışını həyata keçirib. Lakin buraxılış uğursuz olub. “MOMO-1” Yaponiya Aerokosmik Agentliyinin (JAXA) deyil, özəl müəssisənin layihələndirib buraxdığı ilk raket olub. Buraxılışdan az sonra operatorlara qurğunun uçuşu barədə məlumatlar gəlməyib. Ehtimala görə, “MOMO-1” sahildən 10 km aralıda Sakit okeana düşüb.

3

Yaponiyada “Tona Mobilya” firması yalnız gündüzlər işləyən “ağıllı” telefon istehsal edib. Şirkət səlahiyyətliləri “Tona m17” adı verilən və ibtidai siniflərdə təhsil alan uşaqların ekranabaxma müddətini məhdudlaşdırmaq məqsədilə yalnız gündüz saatlarında işləyən telefonun gələn ay satışa çıxaracaqlarını bildiriblər. Cihaz valideynlərin uşaqları ilə gün ərzində ünsiyyət qurmalarını təmin edəcək, həmçinin həddindən artıq istifadə ilə bağlı yan təsirləri aradan qaldıracaq. Yaponiyada avqustun 1-dən etibarən 312 dollara (34 min 800 yen) bazara çıxarılacaq telefonun avtomatik olaraq bağlanması və mesajlaşmanın məhdudlaşdırılması kimi xüsusiyyətləri var.

4

“Discovery Channel”, “Eurosport”, “Animal Planet” kimi xüsusiləşmiş televiziya kanallarının daxil olduğu “Discovery Communications” öz şəbəkəsini genişləndirib. Şirkət “Scripps Networks” media qrupunu 14,6 milyard dollara satın aldığını açıqlayıb. Satınalma prosedurunun 2018-ci ilin ilk aylarında tamamlanması gözlənilir. “Scripps Networks” ötən il 3 milyard dollar civarıdna gəlir əldə edib. Şirkətin borcu isə 2,7 milyard dollardır. Qrupun tərkibində “Travel Channel”, “Food Network”, DIY, “Cooking Channel”, TVN kimi kanallar var. İki media qrupu birləşdikdən sonra təkcə ABŞ daxilində pullu kanallar arasında izləyici auditoriyasını 20%-ə yüksələcək. Birləşmə nəticəsində qadınların ən çox izlədiyi 5 kanal da eyni qrupda toplanmış olub.

DISCOVERY SCRIPPS

Yenilikləri ilə daim istifadəçilərini sevindirən “WhatsApp” bu dəfə “təsdiqli profil” yenilənməsini test edir. “Facebook”, “Twitter” və “İnstagram”da olan təsdiqlənmiş profil özəlliyi artıq “WhatsApp”da da istifadə olunacaq. Müəssisələrarası mesajlaşmalar üçün aktiv ediləcək yenilik hazırda “WhatsApp”ın beta testlərindən keçir. Sistem aktiv ediləndən sonra istifadəçilər əlaqə yaratmaq istədikləri müəssisələrin təsdiq edilmiş profillərinə yazacaq.

6

Yeni üsul informasiyanı itkisiz ötürəcək. Çinin Syamın Universitetinin tədqiqatçıları iki xüsusiyyətə – özünü fokuslama və optik effektə malik optik linza hazırlayıblar. İndiyədək birlikdə nümayiş etdirilməyən xüsusiyyətlər Talbot adlanan effekt sayəsində “işıq kodu”nu yaratmağa imkan verib. Alimlər sübut edib ki, iki xüsusiyyət birləşməsindən informasiyanın keyfiyyət və sürəti itmədən kodlaşdırılmış rəqəmli siqnalın ötürülməsi üçün istifadə etmək olar. Qeyd olunur ki, yeni kəşf yüksək səmərəli rabitə optik sistemlərinin əsasını təşkil edə bilər. Bildirilir ki, tədqiqatın uğurla başa çatacağı, hazırlanan prototipin isə dayanıqlı iş nümayiş etdirəcəyi təqdirdə difraksiya yoxluğundan və Talbot effektindən kodlaşdırılmış optik təsvirlərin uzaq məsafələrə yüksək keyfiyyətlə ötürülməsi üçün istifadə mümkün olacaq.

7

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register