Bakıda gürcü rəssamlarının sərgisi açılıb

resamlar

Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamları – Gürcüstan Rəssamlıq Akademiyasının rektoru akademik Qiya Ququşvili və professor Ketevan Matabellinin fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilib. 

Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, muzeyin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Qeyd edilib ki, son illər Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələr genişlənib. Sərgilərin və digər mədəniyyət tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilib.

Tədbirdə Gürcüstan Rəssamlıq Akademiyanın rektoru, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze və Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Valeri Asatianiyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Fəxri doktoru” adı verilməsi haqqında diplomlar, Mədəniyyət və Turizm Nazirliyinin təşəkkürnamələri təqdim olunub.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register