Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Google”un tərtibatçıları “Chrome” brauzerinin mobil versiyasına reklamların blok edilməsi funksiyasını əlavə edib. Yeni funksiya ayrı-ayrı reklam növlərini, xüsusən bezdirici reklamları bloklayacaq. Artıq funksiya brauzerin test versiyasında tətbiq olunur. Yeni funksiyanın yaradılması istifadəçilərin internetdə reklam bloklayıcı vasitələrə getdikcə daha çox üstünlük verməsi ilə əlaqədardır. Belə ki, ötən il 10% istifadəçi bu cür vasitələrdən yararlandığı halda, bu il bu göstərici 3 dəfə artıb. Mobil istifadəçilər reklamlardan daha çox narazılıq edir.

 

Kaliforniya Universiteti divarın əks tərəfini görə bilən dronlar hazırlayıblar. Divarın əks tərəfindən olan hər hansı bir obyektin nə olduğunu müəyyən etmək üçün ən az iki dron qarşı-qarşıya dayanaraq obyekti təhlil etməlidir. Bu zaman dronlar bir-birinə qarşılıqlı siqnallar göndərirlər. Siqnalların rast gəldiyi müxtəlif maneələr, onların ölçüləri və aralarında olan məsafələr siqnalın tezliyinə müxtəlif cür təsir edir. Beləliklə, sistem tezliyin dəyişməsi əsasında obyektin nə olduğunu müəyyən edir. Tezliyin dəyişməsi obyektin hansı tərkibdə və məsafədə olduğunu, sonra isə onun 3 ölçülü təsvirini müəyyən edir. İlk baxışda sadə görünən əməliyyatın müəyyən nəticə hasil edə bilməsi üçün sistem bir neçə mürəkkəb hesablama prosesi icra edir. Yeni dronlardan təcili axtarış-xilasetmə əməliyyatlarında, arxeoloji kəşfiyyat və müxtəlif strukturlara nəzarətetmə işlərində istifadə etmək mümkündür.

http://bax.tv/az-video/1586.html

“Disney” şirkəti kinoteatrlara gələn tamaşaçıların emosiyalarını qeydə almaq üçün xüsusi proqram təminatı işləyib hazırlayıb. Şirkət bu məqsədlə 4 xüsusi kameradan, eləcə də sifət və emosiyaları tanıyan funksiyadan yararlanacaq. Bunlar seansın başlamasından sonra bir neçə dəqiqə ərzində tamaşaçıların reaksiyasını qeydə alacaq. Bu material insanların filmin süjet xəttinə uyğun hisslər keçirib-keçirmədiyini müəyyənləşdirməyə imkan verəcək. Alqoritmlər təbəssüm, gülüş, nəfəsalma, hətta qəmli sifəti tanımağa qadirdir. Layihə artıq 150 kino zalında 3 min tamaşaçı üzərində sınaqdan çıxarılıb. Ümumilikdə kameralar 16 milyon emosiyanı tutub.

1

Niderlandda maraqlı oğurluq hadisəsi baş verib. Bir qrup şəxs hərəkətdə olan yük avtomobilindən təzə “iPhone” smartfonları oğurlayıb. Oğurluqda 33-43 yaşlı 5 Rumıniya vətəndaşı iştirak edib. Onlar avtomobillə smartfon daşıyan yük maşınına yaxınlaşıblar. Qrup üzvlərindən biri yük maşınının kuzasına tullanıb və oradan malları aşağıya – öz dostlarına atıb. Bir qədər sonra bütün oğrular yaxalanıb. Polis oğurlanan malı da tapıb.

2

“App Store”də yer alan “WhatsPhone” adlı proqram ilə bir “iPhone”də iki fərqli “WhatsApp” hesabı istifadə etmək mümkündür. Məlumdur ki, “WhatsApp”ın Web versiyası fəaliyyət göstərir. Aktif olan “WhatsApp” hesabınızı QR kod köməyi ilə “WhatsApp Web”ə köçürmək mümkündür. Cihazdakı “WhatsApp” internetə bağlı olduğu müddətcə kompüterdən yazışmalarınızı reallaşdıra bilərsiniz. “WhatsPhone” proqramı da bu məntiq ilə çalışır. Pullu xidmət olan “WhatsPhone” proqramını “iPon”ə köçürdükdən sonra bir başqa android və ya “iPhone”-də “WhatsApp” proqramını açın. Daha sonra Parametrlər > WhatsApp Web / Masaüstü hissəsinə daxil olun. “WhatsPhone” proqramındakı QR kodunu tanıdın. Bu əməliyyatdan sonra digər cihazınızda “WhatsApp”ı, “iPhone”dən və “iPad”dən yönəltmək mümkün olacaq.

3

“App Store”də yer alan “WhatsPhone” adlı proqram ilə bir “iPhone”də iki fərqli “WhatsApp” hesabı istifadə etmək mümkündür. Məlumdur ki, “WhatsApp”ın Web versiyası fəaliyyət göstərir. Aktif olan “WhatsApp” hesabınızı QR kod köməyi ilə “WhatsApp Web”ə köçürmək mümkündür. Cihazdakı “WhatsApp” internetə bağlı olduğu müddətcə kompüterdən yazışmalarınızı reallaşdıra bilərsiniz. “WhatsPhone” proqramı da bu məntiq ilə çalışır. Pullu xidmət olan “WhatsPhone” proqramını “iPon”ə köçürdükdən sonra bir başqa android və ya “iPhone”-də “WhatsApp” proqramını açın. Daha sonra Parametrlər > WhatsApp Web / Masaüstü hissəsinə daxil olun. “WhatsPhone” proqramındakı QR kodunu tanıdın. Bu əməliyyatdan sonra digər cihazınızda “WhatsApp”ı, “iPhone”dən və “iPad”dən yönəltmək mümkün olacaq.

4

“Intel” fləş kart ölçüsündə neyron şəbəkəsi təqdim edib. Son zamanlar neyron şəbəkələri demək olar insan fəaliyyətinin bütün sahələrində tətbiq edilir. Elə təsəvvür yaranır ki, böyük istehsal gücü tələb edən bu texnologiya adi istifadəçilər üçün əlçatmazdır. Ancaq “Intel” şirkətinin “Movidius” adlı filialı “Neural Compute Stick” adlı qurğu təqdim edib. Adi fləş kart ölçüsündə bu qurğunun daxilində dərin kompüter təlimi funksiyasına malik güclü neyron şəbəkəsi fəaliyyət göstərir. “Neural Compute Stick” qurğusu istənilən neyron şəbəkələrinin işlənməsi üçün proqramlaşdırıla bilər. Bundan başqa, o, kompüter və ya smartfonda mərkəzi prosessorun gücünü artıran sürətləndirici kimi istifadə edilə bilər. “Intel” şirkətinin rəsmiləri hesab edirlər ki, “Neural Compute Stick” neyron şəbəkələri və süni intellekt texnologiyalarını adi istifadəçilər üçün daha əlçatan edəcək. Qurğunun əsas komponenti “Myriad 2 VPU” vizual emal moduludur. “Movidius” şirkətinin baş direktorunun sözlərinə görə: “Neural Compute Stick qurğusu daxilində yerləşən “Myriad 2 VPU” modulu son dərəcə yüksək effektivlik təmin edir. Məhsuldarlıq 1 vatt enerji sərfiyyatı üzrə 100 qiqaflopsa bərabərdir. Bu, mobil telefon və planşetlərə real vaxt rejimində neyron şəbəkələri ilə işləməyə imkan verəcək. Nəticədə süni intellekt və neyron şəbəkələri bulud xidmətləri və böyük hesablama stansiyalarından asılı olmayacaq”. “Movidius” şirkəti “Neural Compute Stick” qurğusunu 79 ABŞ dollarına təklif edir.

5

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri Tsin Konq və Yi Sonq günəş panelləri üçün qrafendən ibarət yeni elastik element hazırlayıblar. Qrafenin sərbəst köçürülməsi texnikası T.Konq tərəfindən 2008-ci ildə kəşf edilən üsula əsaslanır. Bu halda qrafen əsaslı fotoelement mis folqasında ərsəyə gətirilir. Qrafen elektrodlar, indium-qalay oksidi və alüminium vasitəsilə yaradılan bir sıra eksperimental günəş batareyaları bazarda mövcud fotoelementlərlə müqayisədə yüksək məhsuldarlıq və enerji hasilatı nümayiş etdiriblər. Məlumata görə, texnologiyanın analoqlardan başlıca fərqi konstruksiyanın elastik olmasındadır. Belə ki, günəş panellərini istənilən formaya malik, düz olmayan səthdə quraşdıraraq elektrik enerjisinin istehsalında itkilərə yol verməmək mümkündür. Yeni texnologiyanın fotoelementli müasir panellərdən 20 dəfə səmərəli olacağı bildirilir. Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

6

Galaxy Note 8 sızıntıları sürət kəsmədən davam edir! İndi də Note 8 modelinin gecə qaranlığı rəngli modeli gün üzünə çıxdı. Galaxy S8-də olduğu kimi ekran gövdə nisbəti ilə diqqət çəkir! Galaxy Note 8 bildiyiniz kimi 23 avqust tarixində rəsmi olaraq təqdim ediləcək. Təqdimat tarixi yaxınlaşdıqca, cihazla əlaqədar sızıntılar da sürət kəsmədən davam edir. Bu səfər, cihazın gecə qaranlığı rəngli modeli gün üzünə çıxdı! Daha əvvəl bir çox sızıntılar ilə məşhurlaşan @Evleaks hesabı, aşağıda gördüyünüz Galaxy Note 8 render vizualını təqdim etdi. Vizuallarda görə biləcəyiniz üzrə, cihaz eyni Galaxy S8 ailəsində olduğu kimi müvəffəqiyyətli ekran gövdə nisbətiylə diqqət çəkir.Əlavə olaraq Galaxy S8 ailəsinə nisbətən üst tərəfləri bir az daha düz olan cihaz; skan face, Iris brauzer və avto fokus dəstəkli ön kamera ilə gələcək. Daha əvvəl sızdırılan texniki xüsusiyyətləri təkrar xatırlayacaq olsaq, Exynos 8895 və ya Snapdragon 835 prosessorundan istifadə edəcək olan telefon, 6 GB RAM və 128 GB daxili yaddaş  sahəsi variantlarına da sahib olacaq. Kamera tərəfində isə bu səfər iki 12 MP kamera ilə gələcək Galaxy Note 8 modelində, OIS dəstəyi də olacaq.

7

ABŞ, Çin və İsrail alimlər qrupu insan orqanizminə yeridilən miniatür robotun təsvir olunduğu video təqdim edib. Robot hər birinin uzunluğu 5 mikrometr təşkil edən 3 qızıl hissədən ibarətdir. Bütün hissələr bir-biri ilə gümüş ilmələrlə birləşdirilib. Nümayiş olunan sınaq robot nümunəsi əsasında gələcəkdə dərmanları birbaşa insanın ağrıyan yerinə çatdıran kiçik robotların yaradılması planlaşdırılır. Məlumata görə, hazırda saniyədə 5,5 mikrometr sürətlə hərəkət edən robotun hərəkətləri maqnit sahəsi vasitəsilə idarə olunur. Robotun üst səthi inersiyalı materiallarla örtülüb, lakin qurğunun növbəti versiyalarının bioparçalanan olacağı gözlənilir. Mütəxəssislərin sözlərinə görə, tibb müəssisələri üçün yaxın 5 il ərzində yaradılacaq robotun ilk versiyaları dərmanların sidikqovucu yollarla çatdırılması üçün nəzərdə tutulacaq.

“GoPro” şirkəti qısa videoların yaradılması və onların sosial şəbəkələrdə dərc edilməsi üçün nəzərdə tutulan yeni “QuikStories” funksiyasını təqdim edib. “Quik” redaktorunun yeni funksiyası olan “QuikStories” əvvəllər qısa videoların yaradılmasını dəstəkləsə də, indi bunu avtomatik edəcək. Yenilənmə, həmçinin “GoPro Hero 5” kamerası ilə son çəkilmiş videoları fon rejimində smartfona ötürməyə imkan verəcək və bundan sonra “Quik” əlavəsi redaktə etməyə başlayacaq. “GoPro” xəbərdarlıq edir ki, kameranın enerjisi 20 faizdən çox olmalıdır, əks halda faylların ötürülməsi dayandırıla bilər. Uzun videoçarxların ən yaxşı fraqmentlərini kəsən “Quik” redaktoru kompüter görmə qabiliyyətindən istifadə edir. Şirkət “QuikStories” vasitəsilə istifadəçiləri daha çox keyfiyyətli kontent yaratmağa və onları sosial şəbəkələrdə paylaşmağa stimullaşdırmaq niyyətindədir.

Google-ın axtarış mühərrikinə 2010-cu ildə əlavə etdiyi “İnstant Search” xüsusiyyəti çoxları tərəfindən sevilsə də mobildə bu xüsusiyyət o qədər də effektiv çalışmır. Çox kiçik ekranda axtarışa uyğun təkliflər edən sistem bütün ekranı tutur və əksər hallarda sistemdə tutulmalar olur. Elə bu səbəbdən Google axtarışa uyğun təkliflər göstərən sisteminin artıq mobil cihazlar üçün istifadəsini dayandırır. Google-ın Instant Search-ün mobil cihazlardan çıxarılması ilə bağlı açıqlaması: Biz Google Instant Search xidmətini istifadəçilərin öz axtardıqları məlumatları mümkün olan ən tez şəkildə tapmaları üçün istifadəyə verdik. 2010-cu ildən sonraki dövrdə artıq axtarışların böyük əksəriyyəti mobil cihazlarda aparılır və bu cihazlar kompüterlərdən çox fərqlənir. Bu fərqliliklər də öz növbəsində ciddi problemlər yarada bilir. Biz də bu problemləri nəzərə alıb mobil cihazlarda ən sürətli axtarışı təmin etmək üçün bu əlavəni axtarış mühərrikindən çıxarırıq.

8

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register