Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 2.8.2017-ci il.

E.ə. 216-cı ilin 2 avqustunda Kanna döyüşündə konsul Qay Terrensi Varronun komandanlığı altında Roma ordusu (63 min piyada, 6 min süvari) ilə Hannibalın Karfagen qoşunu (40 min piyada, 10 min süvari) arasında 2-ci Pun müharibəsinin ən böyük vuruşması baş vermişdir.

2 avqust 1799-ci ildə Əbukir yenidən fransızların əlinə keçir.

1898-ci ilin 2 avqustunda Azərbaycanda çəkilmiş kinosüjetlərin ilk kinoseansı həyata keçirilmişdir.

Azərbaycan legionu Verxmatın xarici hərbi bölüklərindən bir olmuşdur. Azərbaycan legionu 1942-ci ilin bu günü  yaradılmışdır. İkinci dünya müharibəsinin başlanması ilə formalaşan Azərbaycan legionları çətin şəraitdə olmalarına baxmayaraq, Azərbaycanın milli müstəqilliyinin qazanılmasına, Almaniya hökuməti tərəfindən tanınmasına çalışmışdır. İkinci dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərən Azərbaycanın ayrı-ayrı siyasi xadimlərinin və nüfuzlu hərbçi-legionerlərinin köməyi ilə minlərlə yurddaşının həyatı xilas edilmişdir. Azərbaycan legionerlərinin 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi mühüm tarixi-hadisə olmuşdur. Belə ki, həmin qurultayda Azərbaycanın müstəqil dövlət olması fıkri xüsusi vurğulanmışdır. 1945-ci ilin martında Azərbaycan legionerlərinin böyük fəaliyyəti nəticəsində Almaniyanın Azərbaycanın müstəqilliyini tanımışdır.

Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register