İkinci İlia Mayk Pensidən Trampa qızıl bilərzik və qızıl xaç göndərib

pensi1

Provoslav kilsəsinin Patriarxı İkinci İlia ABŞ-ın Vitse-Prezidenti Mayk Pensidən, ABŞ Prezidenti Donald Trampa və Melania Trampa hədiyyə olaraq qızıl bilərzik və qızıl xaç göndərib.

Sioni Katedral kilsəsində qonaqlıqda ABŞ-ın Vitse-Prezidenti öz həyat yoldaşı Karen Penslə birgə iştirak edib. Onlar İkinci İlia ilə görüşüblər və Sioni kilsəsini nəzərdən keçiriblər. İkinci İlia Mayk Pensiyə qızıl bilərzik hədiyyə edib, karen Pensiyə isə qızıl xaç. Həmin xaç Çariça Tamaranın xaçının əsli olaraq hesab olunur.

“Vitse-Prezidentin bizim ölkəyə qarşı marağının olmasını və dəstəyini çox qiymtələndiririk. Bununla bağlı böyük təəssüratlarımız var ki, vitse-prezident Sioni kilsəsində qorunub-saxlanılmış müqəddəslərə qarşı ehtiramını bildirdi. Katolik Patriarx hörmət əlaməti olaraq qonaqlara qızıl bilərzik və xanım Pensiyə Tamarın xaçı olaraq tanınan qızıl xaç hədiyyə etdi. Katolik Patriarx Vitse-Prezidentdən xahiş edib ki, hədiyyəni ABŞ-ın Prezidenti cənab Donald Trampa və eləcə də onun həyat yoldaşı Melania Trampa çatdırsınlar. Vitse-Prezident cavab verib ki, Patriarxın hədiyyəsini şəxsən özü ABŞ Prezidenti və onun xanımına çatdıracaq. Bu qızıl bilrəzik və qızıl xaçdır”, – Protopresviter Qiorqi Zviadidze bildirib.

ABŞ-ın Vitse-Prezidenti Mayk Pensi Gürcüstana 31 iyul tarixində gəlib. O, gürcüstan Prezidenti, Baş-Nazir, eləcə də müxalifət nümayəndələri ilə görüşüb. O, Gürcüstanı bu gün, 1 Avqust tarixində tərk edib.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register