Xalq Müdafiəçisinin ofisində fəaliyyət göstərən Azlıqların Şurası, Gürcüstanın Əmək, Sağlamlıq və Sosial Mühafizə nazirliyinin əməkdaşları ilə görüşüb

28 iyul tarixində Xalq Müdafiəçisinin ofisində mövcud olan Azlıqların Şurası, Gürcüstanın Əmək, Sağlamlıq və Sosial Mühafizə nazirliyinin əməkdaşları ilə görüşüb. Görüşdə yardımlar müzakirə olundu: Sosial Müdafiəsiz ailələr, Fiziki imkanları məhdud olan şəxslər, qaçqınlar, köçkün və humanitar statusa malik olan şəxslər üçün, eləcə də əmək öhdəliyini yerinə yetirən zaman dəymiş zərərin qarşılanması məsələsi. Pensiya təminatı proqramının gedişatı haqqında da söhbət aparılıb.
Eləcə də, görüşdə Xalq Müdafiəçisində mövcud olan Milli Azlıqlar Şurasının üzvləri deyiblər ki, Gürcüstanın Əmək, Sağlamlıq və Sosial Mühafizə nazirliyinin nəşr etdiyi məlumat bukletləri regionlarda pis yayımlanır və yerli əhali nazirliyin həyata keçirdiyi yeniliklər, dəyişikliklər və reformalar haqqında məlumat ala bilmir. Həmçinin, görüşdə olan iştirakçılar nazirliyin qeyd olunan bukletlərin regionlarda yayımlanması prosesini kontrol etməsinə dair istəklərini də bildirdilər və eləcə də tibbi müəssisələrdə etnik azlıqların dillərində olan müxtəlif proqramlar haqqında məlumat xarakterli plakatlar vurulsun.
Mənbə: www.ombudsman.ge
marneulifm1106 Posts
0 Comments