Rustavinin meri bir il ərzində 10 dəfə “premya” alıb

rustavis meri david jikia

Rustavi şəhərinin meri Davit Ciqia bir il ərzində 59 000 lari dəyərində əmək haqqı alıb ki, bu da ayda təqribən 4917 laridir. illi miqdarı 33 000 larini təşkil edən maaşla birgə, o, premya şəklində 26 000 lari alıb. 

Davit Ciqia Rustavi şəhərinin meri vəzifəsinə 2014-cü ildə yerli özünüidarəetmə seçkiləri nəticəsində seçilib. 2013-cü ildən o, mer öhdəliyini yerinə yetirən şəxsdir, ona qədər, 2011-2012-ci illərdə, – həmin meriada administrativ xidmətə rəhbərlik edib.

Rustavi şəhərinin sakrebulosunun qətnaməsinə əsasən, mer vəzifəsinin maaşı ayda 2 750 larini, yəni  ildə – 33 000 larini təşkil edir. Ancaq, Davit Ciqianın son mülki bəyənnaməsinə əsasən, 2015-ci ildə onun illik maaşı 59 000 larini, yəni ayda orta hesabla 4 917 larini təşkil edib.

Beləliklə, yalnız bir il ərzində, Rustavi meri premya şəklində 26 000 min lari əldə edib. Bu deməkdir ki, o, ən azı 10 dəfə “premya” alıb (bundan 9 halda maaşın tam miqdarı qədər). Qeyd olunmalıdır ki, Davit Ciqianın illik maaşı  Gürcüstanın Baş-Naziri Qiorqi Kvirikaşvilinin maaşından 7630 lari dəyərində artıq olur. Baş-Nazirin maaşı 51 370 laridir.

Müqayisədə, başqa özünüidarə şəhər rəhbərlərinin vəzifə gəliri Rustavi merinin maaşından yetərincə geridə qalır. Məsələn, Tbilisi meri Davit Narmanianın illik mükafatı 38 160 larini , Batumi meri Qiorqi Ermakovun – 38 500 larini, Kutaisi meri Şota Murğulianın – 33 00 larini təşkil edir.

Qeyd olunmalıdır ki, Davit Ciqianın atası Tengiz Ciqia “Kartu qrupda” ATU Assosiasiyasının və MMC “Borci”nin texniki direktorudur. O, eləcə də MMC “Mşenebeli Ti Cİ”nin direktoru və 100% hissəsinin sahibidir, bütün bu mövzqelərdə onun maaşı ümumilikdə 137 000 min laridən çoxdur.

Mənbə: Reginfo

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register