Sarvan dağlarında “SarvanOba” el şənliyi baş tutdu
1 avqust tarixində Sarvan dağında Sarvan-Oba el şenliyi keçirildi. Sarvan-oba şənliyinin məqsədi Sarvanlı xalqının əsrlər ərzində yaşadıqları həyat tərzini bir gün canlandırıb yeni nəsilə ötürməkdir. Sarvanlıların keçirdiyi Sarvan-Obada aşıqlar, rəqs qrupları, xanəndələr iştirak edirdilər, eləcədə şənliyə kvemo kartli qubernatorunun müavini Zaur Darğallı, Marneulili majoritar deputatlar Tamaz Naveriani, Ruslan Hacıyev, İcra Başçısı Merab Topçişvili, Bələdiyyə sədri Nəbi Abdullayev və digər rəsmi şəxslər qonaq oldular. Marneulidə fəaliyyət göstərən Sarvan Folklor Ansamblı isə azerbaycan və gürcü milli rəqslərini ifa edərək şənliyı rəng qatdılar. Proffesor, Araşdırmaçı Mahmud Kamalov şənliyin əhəmiyyətindən söz açır və bu günün təşkilatçılığında əməyi keçənlərə təşəkkürünü bildirir.
Qeyri Hökümət təşkilatı Salam Mədəni Xeyriyyə Cəmiyytinin sədri və şənlik itirakçısı Maya Rəcəbova bu kimi tədbirlər gürcü və azərbaycanxalqının mədəniyyətlərinin birləşməsi üçün əhəmiyyətli olduğunu qeyd edir
Marneulinin Keşəli kəndində Sarvandağına yaylaq üçün gələn Elmira Əhmədova artıq 20 ildir ki, hər il 4 ay üçün yaylaqda gəldiklərini deyir, Ariz Əhmədov isə şənliyin böyüklərlə yanaşı uşaqlar üçündə vacib olduöunu qeyd edir
Bu il sayca 3-cüsü keçirilən Sarvan-Oba şənliyinin adı Sarvan elinin bayramı mənasına gəlir.
Radio Marneuli
Şəlalə Əmircanova516 Posts
0 Comments