Azlıqların Şurası, Gürcüstanın Əmək, Sağlamlıq və Sosial Mühafizə nazirliyinin əməkdaşları ilə görüşüb

28 iyul tarixində Xalq Müdafiəçisinin ofisində mövcud olan Azlıqların Şurası, Gürcüstanın Əmək, Sağlamlıq və Sosial Mühafizə nazirliyinin əməkdaşları ilə görüş keçirlib. Görüşdə yardımlar müzakirə olundu: Sosial Müdafiəsiz ailələr, Fiziki imkanları məhdud olan şəxslər, qaçqınlar, köçkün və humanitar statusa malik olan şəxslər üçün, eləcə də əmək öhdəliyini yerinə yetirən zaman dəymiş zərərin qarşılanması məsələsi. Pensiya təminatı proqramının gedişatı haqqında da söhbət aparılıb. Tədbirdə iştirak edən Mülki İnteqrasiya Fondunun rəhbəri Zaur Xəlilov bildirdi ki, müzakirə edilən tibbi proqramlarla bağlı bölgələrdə yaşayan əhali ilə görüşlərimizdə əhali bildirdi ki, bu proqramlar haqqında bizim məlumatmız yoxdur.
Xəlilov onu da əlavə etdi ki, əhalini məlumatlandırmaq üçün yerli mediyanın imkanlarından da istifadə etmək lazımdır.
Zaur Xəlilov qeyd edir ki, belə görüşlərin tez-tez keçirilməsi vacibdir. Problem həddən artıq çoxdur, bunun üçün başqa departamentlərlə də görüşlər keçirilməsi önəmlidir.
Həmçinin, görüşdə olan iştirakçılar nazirliyin qeyd olunan bukletlərin regionlarda yayımlanması prosesini kontrol etməsinə dair istəklərini də bildirdilər və eləcə də tibbi müəssisələrdə etnik azlıqların dillərində olan müxtəlif proqramlar haqqında məlumat xarakterli plakatlar vurulmasını bildirdilər.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments