Kürtlər, Algeti, Təzəkənd və Kəpənəkçi kəndlərində içməli su verilə bilər

wyali

Kürtlər, Algeti, Təzəkənd və Kəpənəkçi kəndlərinə 100 000 lari həcmində borcuna görə artıq bir neçə aydır ki içməli su verilməsi dayandırılıb. Bu kənd bölgələrini içməli su ilə “CiViPi” MMC təmin edirdi, kommunal xərclərin ödənilməməsi üzündən şirkət kəndlərə su verilməsini dayandırdı. Marneuli bələdiyyəsi rəhbərinin müavini Temur Beridzenin dediyinə görə, kəndlərə suyun verilməsini icra hakimiyyəti həyata keçirə bilər.

“Problem bundadır ki, bu zamana qədər çoxlu borc yığılıb qalıb, ödəyə bilmirlər və buna görə də CiViPi özəl şirkəti suyun verilməsini dayandırıb. Lakin biz danışıqlar apardıq, yəqin ki, sabah qərar veriləcək, biz nasos stansiyasını, boru xətlərini icarəyə götürəcəyik və əhaliyə içməli suyu biz verəcəyik”.

Düz 20 gün əvvəl içməli su problemi ilə bağlı Təzəkənd sakinləri kömək üçün siyasi partiyaların yerli təşkilatlarına və bələdiyyəyə müraciət ediblər.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register