Saimerlo sakini Arçil Bocoidzenin ailəsi Diskoveridə gördükləri sarı qarpızı yetişdiriblər

2

Saimerlo kənd sakini, fermer Arçil Bocoidze sarı qarpızın yeni növünü yetişdirib. Bu il kiçik sahədə yoxlamaq üçün əkib və nəticə özünü doğruldub. Sarı qarpızın yetişdirilməsində Arçil Bocoidzenin qardaşı oğlu Tornike aktiv iştirak edirmiş. O, bizimlə yeni qarpızın əkilməsi təşəbbüsü və gələcək planlar haqqında danışdı.

“Diskoveridə verliş yayımlanırdı və əmimin ideyası oldu ki, bizdə bu növ qarpız yetişdirək. Sonra məni çağırdı və maraqlandıq. Sonra bu növün toxumunun haradan əldə edə biləcəyimizi araşdırdıq və kiçik sahədə əkdik. Çox gözəl də nəticə əldə etdik. Planımızda var ki, sahəni daha da böyüdək. baxaq neə davam edəcək”.

Sarı qarpızın qırmızı ilə müqayisədə turş dadı var. Yayda onu İspaniyada, qışda isə Taylandda yetişdirirlər. Qarpızın qarışıq növlərinə Rusiya və Ukraynada rastlaşmaq olur. Tədqiqatçılar neçə illər ərzində bunun üzərində çalışırdılar. Ancaq müxtəlif qruplar müxtəlif nəticələr əldə edib. Məsələn, Rusiyanın sarı qarpızı İspaniya və Taylandla müqayisədə daha şirindir. Ukraynalılar isə növlərin qarışdırılması zamanı yalnız qarpız ətirli, digər hər şeyi balqabağa oxşayan meyvə əldə ediblər.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register