Rusiya bazarı, keçmiş Sovet itiffaqının şirin xatirələri
Gürcüstan Avropa İttifaqı ilə assosiallaşma sazişini 27 iyun tarixində Brüsseldə imzalayıb. Müqavilə ilə birgə dərin və hərtərəfli ticarət müqaviləsi sənədi (DCFTA) də mövcuddur ki, sənəd Avropa İttifaqı ölkələri ilə ticari liberallaşmanı nəzərdə tutur. Müvafiq olaraq, gürcü fermerlərinin imkanları var ki, şəxsi məhsullarını avropa bazarına çıxarsınlar. Biz marneulinin timsalında maraqlandıq ki, yerli əhali nə düşünür – məhsullarını hansı bazara çıxarmağa üstünlük verirlər. Bunun üçün küçə sorğusu apardıq.
Sorğudan da göründüyü kimi sorğulananların çox rusiya bazarına üstünlük verir. Avropa bazarına məhsulların çıxarılması olduqca vacibdir, qiymət də yüksəkdir, ancaq rus bazarı qeyri-müəyyəndir, real olaraq ölkələr arasındakı münasibətlərlə siyasi təkanlara bağlıdır deyə Nyu Corcia məlumat portalının baş redaktoru Lika Basilaia bildirdi.
“Heç kim bizim əhalinin əlumatlandırılmasının qayğısına qalmır. Bununla bağlı ilk növbədə dövlət müəssisələri çalışmalıdır. Biz regionlara gedirik və hər yerdə əhaliyə çatdrımağa çalışırıq ki, 1 litr kök yağı Avropa İttifaqı bazarınd min evrodur və bununla ailəni ümumilikdə ayağa qaldıra bilərsiniz. Heç kim bizə Rusiya bazarı ilə Avropa abzarının fərqi haqqında danışmır. 500 milyonluq avropa bazarında hamının gəliri var və insanlar yaxşı yaşayır. Rusiya bazarı isə siyasi münasibətlərə söykənmiş bazardır”.
Lika Basilaianın sözlərinə görə, məhsulun avropaya çıxarılması ilə bağlı mövcud olan informasiya vakuumu və digər məsələləri dövlər tənzimləməlidir. Çünki onların daha çox resursu var.
Radio Marneuli
Amil Məmmədov2286 Posts
0 Comments