“Özünüidarəetmənin reforması yerli demokratiyanın dərəcəsini pisləşdirəcək” – QHT sektoru

uniInc-22

Özünüidarəetmənin reforması ilə bağlı QHT-lər məktubla Parlamentə müraciət ediblər. Məktubda Parlamenti Prezidentin motivasiyalı qeydlərini nəzərə almağa çağırırlar. Məktubda QHT sektorunun yerli özünüidarəetməyə zərər verəcəyini hesab etdikləri əsas problemləri qeyd ediblər:

  • Yerli demokratiyanın dərəcəsinin pisləşməsi
  • Şəhərlərin və kəndlərin gələcək inkişafının məhdudlaşdırılması 
  • Şəhər üçün qeyri-bərabər şərait probleminin yaranması
  • İctimai Konsensus və beynəlxalq dəstəyin zəifləməsi
  • Yaxınlaşan yerli özünüidarəetmə seçkilərinin demokratikliyi və ədalətliliyinin dərəcəsinin sual altına qoyulması
  • İdarəçi xarakterli problemlərin yaranması
  • Büdcə problemlərinin yaranması

Parlamentə yazılmış məktubda QHT sektoru məhz bu mövzulara yer ayırıb. Marneulinin Demokrat Qadınlar Cəmiyyəti həmin məktubu imzalayan təşkilatlardan biridir. Bununla bağlı biz təşkilatın rəhbəri Olqa Endeladze ilə söhbət etdik.

“Məsələ odur ki, seçkiqabağı dövrdə seçkilərə təsir göstərəcək heç bir qanuni dəyişiklik olmamalıdır. Ola bilər əhali bunları müzakirə etsin ancaq indi seçkilər ərəfəsindəyik. Özünüidarəetmə şəhərlərinin yaradılması indiki hakimiyyətin təşəbbüsü idi, indi həmin şəhərlərin ləğv olunması biraz siyasi intriqaya bənzəyir. Demokratlaşdırmadan burada söhbət getmir. Ona görə də QHT-lər bunu analzi edib qiymətləndirir ki seçkiqabağı dövrdə bunu etmək olmaz”.

Gürcüstan hakimiyyətinin 7 özünüidarə şəhərinin ləğv olunması və reformanın dayandırılması qərarı yerli əhalinin, mülki cəmiyyətin və siyasi partiyaların dəstəyini qazana bilməyib.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register